02 Dekabr 2020 19:11

Hansı evlər icbari qaydada sığortalanacaq? – VİDEO

2020-ci il yanvarın 1-dən etibarən evlərin icbari qaydada sığortalanmasına başlanacaq.

Turkustan.info Xəzər TV-yə istinadla xəbər verir ki, İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov yalnız qeydiyyatı olan evlər və obyeklərin icbari qayadada sığortalanacağını bildirib.

Çıxarışı olan fərdi yaşayış evlərinin də icbari qaydada sığortalanmasında heç bir problem yaranmayacaq. Çünki burada əmlakın qiymətləndirilməsinə ehtiyac yoxdur.

Rəşad Əhmədov deyib ki, evlərin qeydiyyata alınması həm sığorta sektoru üçün, həm də fövqəladə risklər baxımından olduqca önəmlidir. Bu səbəbdən çıxarışı olmayan evlərin də sürətli şəkildə qeydiyyata alınmasına ehtiyac var.

Evini sığorta etdirməyənləri 30 manat cərimə gözləyir. Həmin şəxs cərimə olunduqdan sonra 20 gün ərzində icbari sığorta müqaviləsi bağlamasa, yenidən cərimələnə bilər.

 

Paylaş: