15 Avqust 2020 09:10

Partiya sədrləri seçkiyə hardan gedir? – Fazil Mustafa ilə Sərdar Cəlaloğlu seçim edib, Fəzail Ağamalı gözləyir, Fərəc Quliyev fikirləşir, Hafiz Hacıyev isə…

2020-ci il fevralın 9-da Azərbaycanda parlament seçkiləri keçiriləcək. Artıq əksər partiyalar və bitərəf namizədlər seçkilərdə iştirakla bağlı qərar qəbul ediblər.

Partiya sədri olan tanınmış siyasətçilərin hansı dairələrdən namizədliyini irəli sürəcəkləri haqqında sorğu keçirdik.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa 26 saylı Sabunçu I Seçki Dairəsi üzrə Milli Məclisin deputatlığına namizədliyini irəli sürüb.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev parlament seçkiləri ilə bağlı dəqiq fikirdə olmadığını vurğulayıb. Onun sözlərinə görə, yaxın zamanda bu barədə qərarı olacaq:

“Əgər iştirakım haqqında qərarım dəqiqləşərsə, dairəni də o zaman dəqiqləşdirəcəm. Ola bilər, dəyişiklik olsun, hazırkı dairədən namizədlik verməyim”.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı parlament seçkiləri ilə bağlı məqamları konkretləşdirmək üçün qısa vaxt qaldığını deyib:

“Bizdə siyahı hazırdır, namizədlər bəllidir. Yeni Azərbaycan Partiyasının açıqlamasını gözləyirik ki, ona uyğun olaraq, müəyyən dairələrdə korreksiyalar apara bilək. Biz Ana Vətən Partiyası olaraq, parlament seçkilərində daha çox namizədlə çıxış etmək niyyətindəyik. Mən özüm də seçkilərə qatılmağı düşünürəm. Əgər YAP ciddi məqamları nəzərə alıb, həmin dairəyə bizə problem yaradacaq rəqib verməsə, ciddi vəziyyət olmasa mən elə öz dairəmdən namizədliyimi irəli sürəcəyəm”.

Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli də parlament seçkilərində namizəd olacaq:

“Amma dairəni dəyişmək kimi fikrimiz yoxdur”.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev seçkilərdə iştirakla bağlı partiyanın ümumi qərarını gözləyir:

“İclas keçirildikdə mən 101 saylı Göygöl-Daşkəsən dairəsindən seçkilərdə namizədliyimi təklif edəcəyəm. Siyasi Şura qərar verərsə, seçkilərdə o dairədən iştirak edəcəyəm”.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə parlament seçkilərində iştirakla bağlı artıq Mərkəzi Seçki Komissiyasına sənədləri təqdim edib:

“Sabahdan imzatoplama kampaniyasına başlayacağıq. Mən özüm Səbaildəki seçki dairəsindən namizədliyimi irəli sürmüşəm”.

Müxalifət düşərgəsindən olan Müsavat Partiyası da namizədlərini açıqlayıb. Partiya başqanı Arif  Hacılı 15 saylı Yasamal birinci Seçki dairəsindən namizəd olacaq.

Respublikaçı Alternativ Partiyasının (ReAl) sədri İlqar Məmmədovun isə seçkilərdə iştirakı hələlik dəqiqləşməyib. (modern.az)

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri