28 Noyabr 2020 14:47

Paşinyandan aprel savaşı ilə bağlı SENSASİON SÖZLƏR: Bunu Rusiya başlatdı, məqsəd…

Ermənistanın “Fakt” qazeti ölkə parlamentində fəaliyyət göstərən və Aprel döyüşlərində Ermənistan ordusunun məğlubiyyətini araşdıran dövlət komissiyasının işi ilə bağlı sensasion məlumat yayıb.

Məlumatda Baş nazir Nikol Paşinyanın komissiyanın növbəti iclaslarından birində Aprel savaşı ilə bağlı dinləmələrdə iştirakı gözlənilir.

Nəşrin dövlət strukturlarında çalışan etibarlı mənbələrə istinadən verdiyi məlumata əsasən, Paşinyan artıq bu məsələ ilə bağlı bir dəfə fikir bildirib.

“Aprel savaşı Rusiyanın əli ilə baş tutub. Moskva buna Azərbaycanı KTMT-ya gətirmək üçün əl atıb. Aprel savaşının günahkarı Kremldir”, – deyə Paşinyan qeyd edib.

Məlumatda həmçinin bildirilib ki, komissiyanın növbəti iclaslarına ifadə vermək üçün Serj Sərkisyan, Yuri Xaçaturov və Aykaz Baqmanyan da dəvət ediləcək. (axar.az)

Paylaş: