04 Dekabr 2020 22:18

Türkiyəyə sanksiya planının arxasındakı güc… – Sensasion İDDİA

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ABŞ-da lobbi fəaliyyətini həyata keçirən bir təşkilatın Türkiyəyə qarşı sanksiya məsələsində bəzi amerikalı senatorlarla əməkdaşlıq etdiyi ortaya çıxıb.

“Akin Gump” adlı lobbi təşkilatının sanksiyalarla bağlı amerikalı senatorlarla yazışması ələ keçib.

Yazışmanın detalları açıqlanmasa da, sözügedən şirkətdən noyabrın 7-də BƏƏ-nin Amerikadakı səfirliyi adına senatorlara məktub göndərildiyi bildirilib.

Məktubda BƏƏ-nin Suriyada keçirdiyi hərbi əməliyyatlara görə Türkiyəni kəskin şəkildə tənqid etdiyi iddia olunub: “BƏƏ ABŞ Nümayəndələr Palatasının Türkiyəyə qarşı sanksiya layihələrini dəstəkləyir”. (teleqraf.com)

Paylaş: