30 May 2020 11:46

Milli Qəhrəmanlar seçkilərə qatılacaq? – “Məni kimdi Milli Məclisə qoyan?!”

2020-ci il fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, artıq 469 nəfər parlament seçkilərində iştirak üçün öz namizədliyini irəli sürüb. Onların arasında siyasətçilər, jurnalistlər, keçmiş məmurlar, istefada olan hərbçilər və s. var.

Maraqlıdır, Azərbaycanın Milli Qəhrəmanları da parlamentdə təmsil olunmağı düşünürlərmi?

Milli Qəhrəman Maşallah Abdullayev Modern.az-a bildirib ki, Milli Məclisdə demokratik şəxslər və gənc nəslin nümayəndələri olmalıdır:

“Bu gün bizim parlamentə yaraşan oğlanlarımız var, onları Milli Məclisdə görmək istəyərdim. Düşünürəm ki, keçmiş yaşlı deputatlar indidən özlərinə başqa iş tapsalar daha yaxşı olar. Bəzi yaşı çox olan deputatlarımız qeyd edir ki, Milli Məclisdə onların olmağı önəmlidir, çünki parlamentdə təcrübəli şəxslər olmalıdır. Təbii ki, bu fikirlə razıyam, bəzi işini bilən deputatlarımız var. Amma hesab edirəm ki, gənclərə çox yer ayrılmalıdır. Mənim 69 yaşım var. Mən bilirəm cavan və qoca nədir. Mən parlament seçkilərində iştirak etməyi düşünmürəm”.

Milli Qəhrəman Məhəmməd Həsənov bildirib ki, Milli Məclisdə orta yaşlı, ağıllı, danışıq qabiliyyəti olan insanlar olmalıdır:

“Zeynəb Xanlarova kimi “kəndçilərə uşaq pulu verilməsin, onlar gedib toyuq-cücəsini saxlasın” deyənlər olmasa, Milli Məclis yaxşı olar. Prezident  köhnə deputatlardan birtəhər canını qurtarıb, onları yenidən qaytarmağa ehtiyac yoxdur. Mənə gəldikdə isə, məni kimdi Milli Məclisə qoyan?! Yenə oliqarxlardan biri ortaya çıxıb deyəcək ki, deputat biz olmalıyıq”.

Məhəmməd Həsənov qeyd edib ki, deputatlar 5 ildən bir seçiciləri ilə görüşəcəyini deyir:

“Mənə elə deputat lazımdı?! Mən heç öz deputatımızın üzünü görməmişəm. Goranboyun 96-cı dairədən olan deputatı Mahir Aslanov 10 ilə yaxındır ki, vəzifədədir, amma bir dəfə belə üzünü görməmişik. Amma Goranboyda 97-ci dairənin deputatı Ağalar Vəliyev millət vəkili olanda gəlib seçiciləri ilə görüşürdü, məktəbdə yaxşı oxuyan uşaqlara həvəsləndirici təqaüd ayırırdı. Belə gözəl insanlar deputat olsa, yaxşı olar. Mən düşünürəm ki, vətənpərvər oğullar seçilsə, prezidentə də dayaq durarlar. Mən də şəxsən iştirak etmək istərdim, amma inanmıram ki, bizi seçilməyə qoysunlar. Deputatlığa namizəd olmaq üçün gərək sənin maddi cəhətdən imkanın olsun. Bu dəfə bəlkə prezident özü nəzarət etsə, onda seçkilərin şəffaflıqla keçirildiyini görmək olar. Əvvəllər seçki olmurdu, deputatlar təyin olunurdu. İndi inanmıram elə olsun. Mən seçkilərdə namizədliyimi irəli sürməyəcəm. Seçkilərin necə keçiriləcəyini izləyəcəm”.

Milli Qəhrəman Vahid Quliyev Milli Məclisdə müasir dövrün nəbzini tuta bilən, enerjili və savadlı gəncləri görmək istədiyini bildirib:

“Təbii ki, nisbətən yaşlıların da parlamentdə olmağı yaxşı olardı. Mən Milli Məclisdə təcrübəli, sözünü deyə bilən şəxsləri görmək istəyirəm. Bəzi gənc deputatlar da olurdu ki, illərlə biz onların səsini də eşitmirdik. Bu cür deputatların olmağındansa olmaması yaxşıdır. Yetərincə savadlı, müasir gənclərimiz var ki, onların parlamentdə iştirakı daha yaxşı olardı”.

Vahid Quliyev qeyd edib ki, yaşlı deputatlar gedib istirahət etsə yaxşı olar:

“İndiyə kimi onlar nə edibsə, “sağ olun” deyirik, nə ediblərsə, ediblər! Mən hesab edirəm ki, Milli Məclisdə yaşı 30-40-a qədər, maksimum 50-yə qədər olan şəxslər bizi təmsil etməlidir. Mən keçən seçkilərdə namizədliyimi irəli sürdüm, lakin seçilmədim. Bu il artıq 64 yaşım var. Düşünürəm ki, məndən daha gənc və enerjili insanlar bizi təmsil etməlidir. “Bizim kimi təcrübəli şəxslər parlamentdə olmalıdır” deyən yaşlılar artıq getməlidir. Yəni yaşı 70-80-ı ötənlər, hətta 50-dən yuxarı olnlar getməlidir. Orda oturub heç bir fikrə müdaxilə etməyən, yeni fikir irəli sürməyən, ancaq “kreslo” istəyi olanların əvəzinə işini bilən gənclərin olması məsləhətlidir. Biz sosial, iqtisqadi və siyasi problemlərimizin həll edilməsini istəyiriksə, savadlı və gənc nümayəndələrə yer verməliyik”.

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri