08 İyul 2020 15:28

Ərdoğan sərt danışdı: “Biz əli-ayağı bağlı şəkildə dayanan millət deyilik”

“İndi isə onlar utanmadan “Türk Axını”na qarşı sanksiyalar tətbiq edəcəklərini bildirirlər. Bu, bizim haqlarımıza təcavüzdür”

Əgər rəsmi Vaşinqton Rusiyadan alınan “S-400” zenit raket komplekslərinə görə sanksiyalar qəbul etsə, onda ABŞ-a qarşı cavab sanksiyaları tətbiq olunacaq. Sputnik Azərbaycan “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Təbii ki, sanksiyaların əleyhinə bizim cavab sanksiyalarımız da olacaq. Biz əli və ayağı bağlı şəkildə dayanan millət deyilik. Mən həmişə deyirəm, biz qəbilə dövləti deyilik. “S-400”, “F-35” məsələləri ilə bağlı bütün məsələlər bitib. İndi isə onlar utanmadan “Türk Axını”na qarşı sanksiyalar tətbiq edəcəklərini bildirirlər. Bu, bizim haqlarımıza təcavüzdür”, – deyə Ərdoğan əlavə edib.

Qeyd edək ki, Türkiyə Xarici İşlər Nazirliyinin dekabrın 18-i yaydığı bəyanatda bildirilir ki, rəsmi Vaşinqtonun Rusiya istehsalı olan “S-400” zenit-raket komplekslərinin alınmasına və “Türk Axını” qaz kəmərinin tikintisinə dair sanksiyaları Ankaranın öz maraqlarını təmin etməsinə mane olmayacaq.

Bəyanatda qeyd olunur ki, Ankara Vaşinqtonun addımlarını cavabsız qoymayacaq.

“Götürdüyü bütün öhdəlikləri yerinə yetirməsinə baxmayaraq Türkiyənin “F-35” proqramında iştirakına ədalətsiz şəkildə mane olmaq, “S-400” və “Türk Axını” layihəsinə qarşı sanksiyaların tətbiqinə dair çağırışların təkrar olunması Konqresin Türkiyə rəhbərliyi tərəfindən qəbul olunan qərara hörmətsizliyini göstərir”, – deyə Türkiyə XİN-in yaydığı məlumatda bildirilir.

Bəyanatda vurğulanır ki, ölkədaxili siyasi maraqlar naminə ABŞ Konqresinin üzvləri Ankaraya düşmən olan dairələrə təsir etmək üçün Türkiyə-Amerika münasibətlərinə zərər vurmağa davam edir: “Bir daha xatırladırıq ki, təhdid dili və sanksiyalar Türkiyəyə öz milli maraqlarını təmin etmək üçün lazımi addımları atmağa mane olmayacaq. Heç kim şübhə etməməlidir ki, Türkiyə özünə qarşı düşmən təşəbbüslərə cavab olaraq lazımi addımları atacaq”.    /sputnik.az/

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin