08 İyul 2020 14:21

 Əl Cəzirə TV Azərbaycanla bağlı filmlərin yayımını davam etdirir – VİDEO + FOTOLAR

Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ofisində Əl Cəzirə TV-nin Azərbaycanla bağlı çəkdiyi filimlər haqqında mətbuat konfransı keçirilib.

Qeyd edək ki, Əl Cəzirə Media Şəbəkəsinin Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə birgə hazırladığı Azərbaycana həsr edilmiş sənədli filmlərin Əl Cəzirə “Musafir” proqramında yayımını davam etdirir. Filmlər, Azərbaycanın zəngin tarixini, mədəniyyətini, əsrarəngiz  təbiətini, insanların qədim ənənələri, yaşam tərzini, turizm potensialını çoxmilyonluq ərəb dünyasına çatdırmaq məqsədi daşıyır. Hər birisi 25 dəqiqədən ibarət olan 5 film Bakı və Naxçıvan şəhərləri daxil olmaqla Azərbaycanın əksər regionlarını əhatə edir. 20 iyun-12 iyul tarixlərində Azərbaycanda səfərdə olan Əl Cəzirə Musafir proqramının peşəkar çəkiliş heyəti Beynəlxalq Avrasiya Mətbuat Fondunun əməkdaşlarının yardımı və texniki dəstəyi ilə ölkəmizin gəzməli, görməli yerlərini, milli mətbəxini, tarixi irsini, folklorunu, musiqisini lentə alıb. Artıq Bakı ilə bağlı ilk film ərəb dünyasına təqdim edilib. Filmlər 26 noyabr tarixindən başlayaraq hər şənbə günündən ardıcıl olaraq Əl Cəzirə “Musafir” proqramı vasitəsi ilə hər gün göstərilməklə bütün beş həftə boyu nümayiş etdirilir. Artıq filmlərin 4 bölümü yayımlanıb və sosial şəbəkələrdə paylaşılaraq ciddi marağa səbəb olub. Filmin Naxçıvanla bağlı növbəti bölümü Bakı vaxtı ilə 21 dekabr, saat 20:30-da nümayiş etdiriləcək. (https://www.youtube.com/watch?v=YwxAMjL_JFs&feature=youtu.be)

Konfransda çıxış edən BAMF prezidenti Umud Mirzəyev ölkəmizin ərəb dünyasında təqdim edilməsi və tanıdılması baxımından filmlərin xüsusi əhəmiyyətini qeyd edib:

“Ümumilikdə filmlər ölkəmiz haqda mükəmməl təəssürat yaradır və misilsiz kadrlara malikdir. Bu vaxtadək İspaniya, Hollandiya, Malayziya, Vyetnam və digər ölkələrdə çəkilişlər aparan Əl Cəzirə “Musafir”in bu peşəkar komandası ilə birlikdə işləmək və ölkəmizi təqdim etməkdən böyük qürur duyuruq. Film yüksək peşəkar komandanın və ən son imkanlara malik avadanlıqların istifadəsi ilə ölkəmizi ətraflı, əhatəli dünyaya təqdim edən ilk beynəlxalq sənədli filmdir desəm, bəlkə də, yanılmaram. Əl Cəzirə Musafir proqramının məşhur aparıcısı Hazim Abuvaftanın və baş prodüsser Ziyad Calalın təqdimatı ilə hazırlanan filmin çəkiliş üzrə direktoru Nikolas Libersaledir”.

“BAMF, Əl Cəzirə Media Şəbəkəsi ilə birgə müxtəlif layihələrin müəllifidir. Bu layihənin meydana gəlməsində Əl Cəzirə Media Şəbəkəsinin baş direktoru, dostumuz Mustafa Suag, İbrahim Hamdan və Sami Əl Haccın xidmətlərini xüsusi qeyd etmək istərdim”, – deyə Umud Mirzəyev əlavə edib.

BAMF rəhbəri Azərbaycan gözəlliklərini Ərəb dünyasına öz dili vasitəsilə çatdıran aparıcı Hazim Abulvaftanın ifadələrini belə şərh edib:

“Abdülvaftanın filmdə Azərbaycanı təqdim edərkən “Aman Allah! Bu ölkənin gözəlliyi “Min bir gecə” nağıllarını xatırladır, Şəhrizadın da, Şəhriyarın da əslən  bu yerlərdən olması məni təəccübləndirmir” – ifadələrindən istifadə edərək tamaşaçıları belə bir mötəşəm üslubla salamlaması bir-birindən gözəl bu 4 filmə daha da rəng qatır”.

Tədbirdə iştirak edən Mədəniyyət Nazirliyinin nümayəndəsi Elnarə Quliyeva BAMF rəhbərliyi və kollektivinə Azərbaycanın zəngin mədəni irsinin dünyaya təbliğ edilməsindəki səylərinə görə təşəkkür edib:

“İlk növbədə bildirmək istəyirəm ki, Mədəniyyət Nazirliyi ildə iki dəfə olmaqla mədəniyyətin təbliği baxımından xüsusi önəmə malik layihələrin müsabiqəsini elan edir. Çox məmnunluq hissilə bildirmək istəyirəm ki, BAMF mədəni irsimizin təbliğatında həyata keçirdiyi layihələrlə hər zaman ölkəmizdəki QHT-lər içərisində seçilib. Ona görə də bu il BAMF “Mədəni İrsimizin Səsi” layihəsi ilə Mədəniyyət Nazirliyinin təşkil etdiyi müsabiqədə qalib gəlib. Bu gün nümayiş etdirilən BAMF-ın təşkilatçılığı ilə Əl Cəzirə TV tərəfindən çəkilən filmlər çox maraqlı və təqdirə layiqdir. BAMF bu tipli layihələri ilə Azərbaycan mədəniyyətinə böyük xidmət göstərir. Biz bu xidmətlərə görə  təşəkkürümüzü bildiririk, uğurlar diləyirik və bu kimi filmlərin davamlı olmasını arzu edirik”- dəyə Mədəniyyət Nazirliyinin nümayəndəsi əlavə edib.

Filmləri bu linklərdən izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=sBCKvc9MvOY
https://www.youtube.com/watch?v=iCTRBtO1VlY
https://www.youtube.com/watch?v=UByZTtaZjlY
https://www.youtube.com/watch?v=5MYyhvmejvs&list=PLJyrzEL-wvYK3Cg5u13_i7ciFwl6h_2G6

1

1

1

1

1

1

1

1

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin