Be. Yan 20th, 2020

Fermerlərə subsidiyalar yalnız elektron qaydada veriləcək – Nazir

Artıq aqrar subsidiyaların elektron kənd təsərrüfatı sistemindən verilməsi ilə bağlı işlər başa çatıb. Gələn ildən bu sistem tətbiq olunmağa başlayacaq.

Bu sözləri Xarici Ticarət İştirakçılarının 2-ci Respublika Forumunda çıxış edən Kənd təsərrüfatı naziri İnam Kərimov deyib.

O bildirib ki, 2019-cu ildə ölkənin ərzaq təhlükəsizliyinin yaxşılaşdırılması üçün mühüm fərman və qərarlar qəbul edilib. “Elektron sistemin tərbiqi nəticəsində fermerlər gəlirləri artacaq və dövlət xidmətlərindən daha yaxşı istifadə edə biləcəklər. Kənd təsərrüfatı məhsullarının ixracı prosesi artıb. “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqi buna daha əlverişli şərait yaradır. Bu sistem fermer və sahibkarların xarici bazara mallarını çıxamaq imkanını daha genişləndirib və asanlaşdırıb. Bu islahatın mərkəzində Azərbaycan vətəndaşı və Azərbaycan fermeri dayanır. Məhsullarımızın sürətli keçidi təmin edilir və xarici bazarlara daha tez çatır. Bu da xarici bazarda rəqabətin artmasına səbəb olur. Nəticədə, fermerlər daha çox gəlir əldə edir və onların sosial rifahı yaxşılaşır. Biz bunu tərəvəz və meyvə ixracında daha çox görmüşük”. (publika.az)

Paylaş: