01 İyun 2020 01:57

ABŞ admiralı Rusiya gəmilərini batırmaqla hədələdi – VİDEO

Aralıq dənizində, Suriya sahillərində Rusiya və ABŞ hərbi donanmaları arasında kritik vəziyyət yaranıb.

Rusiya hərbi gəmiləri son günlər regionda fəallığı artırıblar. Rusiya sualtı qayıqaları qanadlı raketləri sınaqdan keçirir, habelə Suriya sahillərində Rusiya donanması intensiv manvevrlər edir.

Rusiya Hərbi Dəniz Qüvvələrinin Suriya sahillərində artan fəallığına cavab olaraq Birləşmiş Ştatlar özünün “Harri Truman” təyyarədaşıyan zərbə qruplaşmasını regiona göndərib. NBC telekanalının müxbiri Bill Nili təyyarədaşıyanın göyərtəsindən yayımladığı reportajında bildirir: “Rusiya yeni güclə Aralıq dənizinə qayıdıb, lakin bu təyyarədaşıyan və onun aviasiya qruplaşması birmənalı şəkildə belə mesaj verir: “Biz sizi izləyirik. Sutkanın 24 saatı, həftənin 7 günü”.

Reportajda deyilir ki, təyyarədaşıyanın missiyası Rusiyanın regionda artan aqressiyasını cilovlamaqdır. ABŞ Hərbi Dəniz Qüvvələrinin Avropa və Afrika komandanı, admiral Ceyms Foqqo təyyarədaşıyanın göyərtəsində NBC müxbirinə deyib: “Özünü pis aparmağın cəzası var, bununla bağlı risklər var. Və biz bu hərəkətlərə dözməyəcəyik”.

Təyyarədaşıyan üzərində Amerikanın patrul təyyarələri müntəzəm uçuşlar keçriir. Jurnalist qeyd edir ki, onlar ilk növbədə yaxşı silahlanmış və getdikcə daha yaxşı gizlənə bilən Rusiya sualtı qayıqlarını axtarırlar.

Son məlumatlarda isə deyilir ki, Rusiya Suriya sahillərindəki qruplaşmasını daha da gücləndirir. Hazırda Rusiya donanmasının “Kalibr” qanadlı raketləri ilə silahlanmış “Admiral Essen” freqatı tam sürətlə Suriya istiqamətində hərəkət edir. Gəmi ötən gün Bosfor boğazını keçib və Aralıq dənizinin şərq hissəsinə istiqamət götürüb. Freqat güclü radioelektron mübarizə vasitələri ilə təchiz edilib. /Virtualaz.org/

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri