01 İyun 2020 04:02

Nazir “Porsche” minsin, vətəndaş eşşək arabası sürsün…

Seymur Verdizadə
Bakı küçələrində Gürcüstan nömrəsiylə şütüyən avtomobillərin sayı günbəgün artır. Mən, Rusiya nömrəsiylə maşın sürən adamlarla da tez-tez qarşılaşıram. Taksi sürücüsü işləyən Vahid adlı gəncdən ötən gün bunun səbəbini soruşanda, belə cavab verdi: “Müəllim, “rastamoşka” etdirməyə gücüm çatmır”.
Səbəbini təxminən bilirəm. Amma dəyərli oxucularımıza daha təfərrüatlı məlumat vermək üçün Vahiddən maşınını hansı səbəbdən ölkədə qeydiyyatdan keçirmədiyini soruşmağa ərinmədim. Cavabı belə oldu: “Bu maşını Gürcüstandan 5 min dollara almışam. Dövlət Gömrük Komitəsinin əməkdaşları “rastamoşka” üçün 8 min manat istəyirlər. “Rastamoşka” maşının qiymətinə başa gəlir. Mənim isə o pulu verməyə gücüm çatmır”.
Onun sözlərini başımla təsdiqləməkdən başqa çarəm qalmamışdı. Vahid isə mənə ümid yeri kimi baxdığı üçün söhbətinə ara vermək niyyətində deyildi: “Müəllim, siz həmişə xalqın sözünü demisiniz. Bir dəfə də bizim dərdimizi dilə gətirin. Başımıza itin oyununu açırlar. Hər 90 gündən bir Gürcüstan sərhəddini keçib, təkrar geri qayıdıram. Hər dəfə 200-300 manat xərcim çıxır. Mənim kimi minlərlə adam var. Ömrümüz yollarda keçir”.
Biz mənzil başına çatsaq da, oğlan pulunu alıb getmək istəmirdi. Mən onun nəsə demək istədiyini anladığım üçün səbrimi basmalı oldum. Sağ olsun, məni çox gözlətmədi: “Deyirlər ki, gələn ildən xarici maşınlara nəzarət gücləndiriləcək. Ola bilsin ki, Azərbaycanda 90 gün qalan xarici maşının ikinci dəfə ölkəyə buraxılmasına icazə verilməsin. Hansı ki, qanun buna heç bir məhdudiyyət qoymur. Əgər qanun mənim öz avtomobilimlə hər 90 gündən bir sərhədi keçib, təkrar ölkəyə qayıtmağıma icazə verirsə, mənə necə nəzarət edəcəklər? Ümumiyyətlə, bunun mexanizmi varmı? Deyirlər ki, bu da kasıb üçün qurulmuş tələdir. Hər şey pulun başındadır…”
Burda kiçik bir haşiyə çıxmaq istəyirəm. Tbilisi küçələrində Almaniya, Yaponiya, Cənubi Koreya istehsalı olan bahalı maşınların şütüməsi həmişə diqqətimi çəkib. Kasıb gürcülərin Azərbaycanda “od qiymətinə” satılan bu cür bahalı maşınları necə aldıqları ilə maraqlananda, belə demişdilər: “Gürcülər bu maşınları yerində çox ucuz qiymətə alırlar. Öz ölkələrində isə qəpik-quruşa “rastamoşka” elətdirib, keflərini çəkirlər. Azərbaycanda isə gömrük rusumları o qədər yüksəkdir ki, orta təbəqənin bahalı maşın sürməsi faktiki mümkün deyil. Dolayısı yolla camaata deyirlər ki, “Porsche”, “Ceep” bizlikdir, siz eşşək arabası sürün…”
Bakı-Gürcüstan yolunda əsir-yesir olan həmin o minlərlə sürücü Azərbaycan vətəndaşıdır, bu ölkənin gerçək sahibləridir. Onlara bu zülmü yaşatmağa heç kimin ixtiyarı yoxdur. Bəli, Azərbaycanda gömrük rusumu çox yüksəkdir. Qiyməti 5 min dollar olan maşın üçün 8 min manat rusum ödıməyi hansı “ağıllı” müəyyənləşdirib? Niyə bizim ölkədə gömrük rusumu Gürcüstandan, Ermınistandan beş dəfə yüksək olmalıdır? Bunun adı soyğunçuluqdur! Vətəndaşa pul kisəsi kimi baxan adamların özlərinin işinə “baxmaq” lazımdır… (moderator.az)

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri