01 İyun 2020 02:56

Ramiz Mehdiyevin həyat yoldaşına AMEA-da yüksək vəzifə verildi

Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Kommisiyasının əmri ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutu nəzdində “Kompüter elmləri” və “Ehtimal nəzəriyyəsi” ixtisasları üzrə riyaziyyat elmləri sahəsində fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının müdafiəsinin təşkili üçün Dissertasiya şurası fəaliyətə başlayıb.
Turkustan.info xəbər verir ki, AMEA İdarəetmə Sistemləri İnstitutu nəzdində təşkil olunan “Kompüter elmləri” ixtisası üzrə Dissertasiya şurasının sədri vəzifəsinə professor Qalina Mehdiyeva təyin olunub.
Onu da bildirək ki, AMEA prezidenti Ramiz Mehdiyevin 75 yaşlı  həyat yoldaşı – fizika-riyaziyyat elmləri doktoru, professor Qalina Mehdiyeva hazırda Bakı Dövlət Universitetinin Mexaniki-riyaziyyat fakultəsndə Hesablama riyaziyyatı kafedrasının müdiri vəzifəsində çalışır. /Yeniavaz.com/

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri