10 İyul 2020 00:03

100 manat bayram pulu ailələrə nə vaxt veriləcək? – NAZİLRİK AÇIQLADI

Ötən gün Prezident İlham Əliyev aztəminatlı ailələrə birdəfəlik yardım göstərilməsi haqqında sərəncam imzalayıb. 

Sərəncamla Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə 2019-cu il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 (bir yüz) manat məbləğində birdəfəlik yardım ödəniləcək. Birdəfəlik yardımın maliyyələşdirilməsi məqsədilə 2019-cu il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı üçün nəzərdə tutulmuş vəsaitdən 7,6 milyon (yeddi milyon altı yüz min) manat ayrılıb. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov Cebhe.info-ya açıqlamasında bildirib ki, Prezidentin sərəncamı ünvanlı dövlət sosial yardımı alan aztəminatlı ailələrə dövlətin əlavə qayğısıdır:

“Hazırda ölkəmizdə 76 minədək ailə ünvanlı dövlət sosial yardımı alır. Hər bir ailəyə aylıq orta hesabla 210 manatadək ünvanlı dövlət sosial yardımı təyin edilib. Bəzi ailələrdə bu məbləğ bir az çoxdur, bəzilərində bu bir qədər azdır. 76 minədək ailə Dünya Azərbaycanlılarının Həmrəyliyi gününədək bu vəsaiti ünvanlı dövlət sosial yardım aldıqları plastik kartlarının hesabında görəcəklər”.

Aztəminatlı ailələrə əlavə ərzaq yardımına gəlincə, qurum rəsmisi deyib ki, ünvanlı dövlət sosial yardım alan ailələrin etibarlı sosial müdafiəsinin əhatəli olması üçün ciddi tədbirlər görülür: 

“Müxtəlif təşkilatlar,  xüsusilə Heydər Əliyev Fondu hər il müxtəlif bayramlarda aztəminatlı və ehtiyacı olan ailələrə bu qayğının göstərir. Aztəminatlı ailələrin gündəlik qayğı və ehtiyaclarının təmin edilməsi istiqamətində həm cənab Prezidentin, həm də Birinci vitse-prezidentin tapşırıqları əsasında görülmüş işlər ildən-ilə güclənir. Sevindirici haldır ki, vaxtilə aztəminatlı ailə hesab edilmiş ailələr dövlətin müxtəlif proqramları ilə əhatə olunduqca, onlar artıq ünvanlı yardımdan aktiv məşğulluq təbirlərinə, yəni aktiv əmək bazarına transfert olunurlar. Onlar öz gəlirləri hesabına ailələrini dolandırılar”. 

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin