01 Oktyabr 2020 17:56

AYB-də “Ənvər Rzanı xatırlarkən” kitabının təqdimatı olub

Azərbaycan Yazıçılar Birliyində (AYB) şair, tərcüməçi, alim Ənvər Rzanın 80 illik yubileyi ərəfəsində çap olunan kitabın təqdimat mərasimi keçirilib.

Turkustan.info xəbər verir ki, Əli İsmayılovun müəllifi olduğu “Ənvər Rzanı xatırlarkən” kitabı onun ilk yazdığı nəşrdir.

Müəllif kitabda həyat və yaradıcılığına yaxından bələd olduğu Ə.Rzanın tərcümeyi-halı, doğulub boya-başa çatdığı ictimai-ədəbi Kəlbəcər mühiti ilə oxucuları məlumatlandırdığını deyib. O, kitabda mərhum barədə xatirələrini söyləyib, yaradıcılığının ayrı-ayrı sahələrindən söhbət açıb. Ə.İsmayılov vurğulayıb ki, Ənvər Rza pedaqoji fəaliyyətlə yanaşı, bədii yaradıcılıqla da məşğul olub, ingilis poeziyasından Azərbaycan dilinə və əksinə tərcümələr edib. O deyib ki, mərhum atasının dayısı oğlu, həm də bacısının həyat yoldaşı olub: “Tibb İnstitutunda oxuyarkən uzun müddət bir mənzildə yaşamışıq. Onun həyat və yaradıcılığına yaxından bələdəm. Onun yazdıqlarını mətbuatda xəsisliklə nəşr edirdilər, şeirlərini yersiz ixtisar edirdilər, ona görə də şeirin mənası tamam itirdi”.

Sabiq deputat, təhsil eksperti Şahlar Əsgərov mərhumla bir məktəbdə oxuduğunu bildirib: “Ənvər Rza məktəbdə barmaqla göstərilən şagirdlərdən olub. Hər zaman zəkası ilə seçilib. Sovet dövründə onun yaradıcılığı o qədər də geniş təbliğ olunmayıb. Özünü reklam etməyi xoşlamayan şair o dövrdə bəlkə də geniş oxucu kütləsinə məlum olmamışdı, lakin həmin vaxt onun şeirlərinə mahnılar yazılıb, qoşmaları aşıqlar tərəfindən oxunub. Kannektura tipli yazısı olmayıb. Ancaq sənət və ədəbiyyat üçün yazıb”.

Sabiq deputat Əlövsət Ağalarov qeyd edib ki, Ənvər unudulası şəxsiyyət deyildi: “O qədər vətənpərvər torpağına bağlı insan olub. Böyük dahiliyi ondan ibarət idi ki, ingilis dilindən ən keyfiyyətli tərcüməni məhz o edirdi. Azərbaycan dilinin bütün imkanlarından çox gözəl istifadə edərək tərcüməni əsərin orijinallığını itirmədən oxucuya çatdıra bilirdi. O, çox dürüst və obyektiv insan olub”. O, Ənvər Rzanın “Kəlbəcərə gedən yollar” kitabını nəşr etdirdiyini, növbəti illərdə də başqa kitablarını çap etdirə biləcəyini deyib.

Azərbaycan Dillər Universitetin professoru Qələmşah Heybətov müəllimi Ənvər Rza haqqında xatirələrini bölüşüb: “O, “Vaqif” dramını elə tərcümə etmişdi ki, hər kəs heyran qalmışdı. Hətta onun tərcüməsi əsasında tamaşa səhnələşdirilmişdi və orada məndə çıxış etmişdim. Onun səmimiyyəti poeziyasına da hopmuşdu. Şairin şeirlərində yenilik və orijinallıq var idi. O, 48 yaşında dünyasını dəyişsə də, yaradan insanlar ölmürlər”.

Ənvər Rzanın tələbəsi və tərcüməçi Allahyar Eyyubov qeyd edib ki, Azərbaycan cəmiyyətinin tarixində uca dağlarından biridir. Tərcüməçi olaraq onun işindən çox yararlanmışam. Onun tərcümələri çox rahatlıqla oxunurdu. Səmimiyyəti ilə hər kəsi özünə heyran buraxa bilirdi. O, əyilməzlik simvolu olub. Heç kəsin qarşısında əyilmədən sözünü rahat şəkildə çəkinmədən deyə bilirdi.

Hərbi vətənpərvərlik yönümlü fəaliyyət ilə məşğul olan bir qrup qeyri-hökumət təşkilatlarının təsis etdiyi “Vətən naminə” medalı həkim fəaliyyətinə görə Əli İsmayılova təqdim olunub. Medalı müəllifə ehtiyatda olan general-mayor Məmmədhüseyn Sarıyev təqdim edib.

Daha sonra çıxışçılar Ənvər Rza barədə xatirələrini bölüşüblər.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri