Ça. Fev 25th, 2020

Azərbaycan, Qazaxıstan və Türkiyə yazarlarının ortaq işi: “YENİ QAZAX ŞEİRİ ANTOLOGİYASI” Ankarada gün üzü görüb

Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) və Avrasiya Yazarlar Birliyinin ortaq işi olan “Yeni Qazax Şeiri Antologiyası” Türkiyə türkcəsində gün üzü görüb.

Qardaş ölkə Qazaxıstanın yeni nəsil şairlərinin şeirləri toplanmış, qardaş Türkiyənin paytaxtı Ankara şəhərində gün üzü görən antologiya barədə, Türkiyədə yaşayan həmvətənimiz, yazıçı-tərcüməçi Oktay Hacımusalı məlumat verib.

“Bəngü” Nəşrlər Evində gün üzü görmüş antologiyanın koordinatoru və mətnləri çevirən Oktay Hacımusalı bildirib ki, çağdaş qazax ədəbiyyatının yeni nəsil şairlərinin yaradıcılığından örnəklərinin toplandığı antologiya, yaxın dövr türk ədəbi tarixində bir ilk sayıla bilər: “Təqribən bir il davam edən hazırlıq və çap sürəci əslində çağdaş qazax poeziyası ilə bağlı oxucularda dolğun bilgi yaratmaq imkanına sahibdir. Bu kitab türk dünyası (konkret halda, qazax) ədəbiyyatının çağdaş ovqatı ilə maraqlanan elm, sənət adamları və eyni zamanda bu sahədə təhsil alan tələbələr üçün bir qay­naqdır. Qazaxıstanlı şair-tərcüməçi Gülnaz Fayzulla ilə birgə çevir­diyimiz antologiya çağdaş qazax poeziyasının bəlli qatlarını, şairlərin poetik mənini ortaya çıxarır. Sevinirəm ki, bu antologiyanın araya-ərsəyə gəlməsində bizim də zəhmətimiz var. Xəzərin o tayındakı qardaşımızın şeirini, qonşumuz və qardaşımız Türkiyədə oxuculara təqdim etmək birlik və bərabərliyimizin daha bir simvolu, örnəyidir”.

Oktay Hacımusalı nəfis antologiyanın araya-ərsəyə gəlməsində zəhməti olan Azər­bay­canda Atatürk Mərkəzinin şöbə müdiri, DGTYB Məsləhət Şurasının başqanı Əkbər Qoşalıya, Avrasiya Yazarlar Birliyinin başqanı Yaqub Öməroğluna, eyni zamanda, çap xərclərini qarşılamış “Okuklu Holdinq”in qurucu başqanı Yılmaz Okukluya öz təşəkkürünü bildirib və qeyd edib ki, qarşı aylarda antologiyanın Türkiyə və Qa­zaxıstanda təqdimat törənləri keçiriləcək.

Əlavə edək ki, tərtibçiləri qazax yazarları Tanagöz Tolkınqızı və Dövran Kaseinov olan “Yeni qazax şeiri antologiyası”nın naşiri Yaqub Öməroğlu, məsləhətçiləri Əkbər Qoşalı və Akberen Elgəzək (Qazaxıstan Yazıçılar Birliyi başqanının I müavini), rəyçiləri Millət vəkili dr. Cavanşir Feyziyev və Askar Turqanbaev (Qazaxıstanın TÜRKSOYdakı təmsilçisi), redaktoru Əzizə Qayadır (Türkiyə).

Ankarada çıxan antologiya 2017-ci ilin dekabrında Bakıda DGTYB tərəfindən nəşr edil­miş, (Azərbaycan və Qazaxıstanda) geniş təqdimat törənləri keçirilmiş eyni adlı antologiya əsa­sında hazırlanıb.

 

Paylaş:

mersin escort bayan mersin escort