Ça. Fev 25th, 2020

BMT 2020-ni FƏRABİ İLİ elan etdi

Böyük Türk alimi və filosofu Əbunəsr Fərabinin anadan olmasının 1150 illik yubileyi münasibətilə Birləşmiş Millətlər Təşkilatı 2020-ci ili Dünya Farabi ili elan etdi.

Farabi 870-ci ildə indiki Qazaxıstan ərazisində Türküstan şəhərinə yaxın Otrar şəhərinin hüdudlarında olan qədim Fərab şəhərində anadan olub. Təhsilini Buxara və Səmərqənddə davam etdirdikdən sonra Bağdad, Qahirə, Hələb və Dəməşqdə yaşayan Fərabi ilk təhsilini burada almış və gəncliyində monqol işğalı ilə məhv edilmiş və İsgəndəriyyə kitabxanasından sonra dünyanın ən çox kitabı və əlyazması olan Otrar kitabxanasının qaynaqlarından faydalanmışdır. Bir çox sahədə – riyaziyyat, astronomiya, dilçilik, kimya, biologiya, fəlsəfə, tibb, məntiq, sosiologiya, siyasət, hüquq, əxlaq və digər elmlərdə bəşəriyyətə işıq saçan nəzəriyyələr irəli sürdü. Aristoteldən sonra bəşəriyyətin ikinci müəllimi kimi məşhurlaşan türk alimi Fərabi 950-ci ildə Dəməşqdə vəfat edib.

İslam fəlsəfəsinin parlaq ulduzu olan Fərabi alimi dünya fəlsəfəsində aparıcı bir addır.

Paylaş:

mersin escort bayan mersin escort