30 May 2020 12:41

Nəsir Muxtarlı Ağstafaya göndərilməsindən DANIŞDI

Azərbaycan Respublikası Prezident Administrasiyasının (PA) Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin sektor müdiri Nəsir Muxtarlı Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini əvəz etməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Turkustan.info xəbər verir ki, N.Muxtarlı Pravda.az-a açıqlamasında deyib ki, yazılanlar həqiqətəuyğun deyil.

O bildirib ki, PA-da vəzifəsini icra edir: “Yazılanlar yalandır. Rayon icra hakimiyyətinin başçısı vəzifəsinə təyinat Prezidentin sərəncamı ilə baş tutur. Elə bir şey ola bilərmi ki, hansısa sərəncam olmadan kimsə hansısa vəzifəyə təyin edilsin. Ona görə də bir daha bildirirəm ki, mətbuatda yayılan informasiya həqiqətə uyğun deyil. Sadəcə, kuratoram, bir günlük Ağstafada ezamiyyədə olub, vəziyyətlə maraqlanıb, qayıtmışam, vəssalam”.

Xatırladaq ki, N.Muxtarlı bu ilin may ayında Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsindən azad edilərək Prezident Administrasiyasının (PA) Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində vəzifəyə təyin olunub.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və onun birinci müavini Ramiz Tatarov, eləcə də Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov saxlanılaraq, məhkəmə qərarı ilə həbs ediliblər.

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri