Bz. Fev 23rd, 2020

“Oğru dünyası” bir-birinə girə bilər – “Quli”nin qisası ağır olacaq

Azərbaycanlı “oğru” Nadir Səlifovun (“Quli”) bacısı oğlu, kriminal avtoritet Məhəmməd Qurbanovun (“Maqa Rustavski”) bıçaqlanması “oğru dünyası”nda təlatümlərə səbəb ola bilər. 

Nadir Səlifov və tərəfdarları bu hadisənin üzərində sükutla keçmək niyyətində görünmür.

Məhəmməd Qurbanov bir neçə gün əvvəl İstanbuldakı restoranların birində bıçaqlanıb. Məhəmməd Qurbanov həmin restoranda dostları ilə dincəlirmiş. Nadir Səlifovla aralarında konflikt olan gürcü “oğru” Quram Çixladze 15-20 nəfərlər restorana daxil olaraq Məhəmməd Qurbanovu masasına çağırıb. O, “oğru” titulu almağa can atan Məhəmməd Qurbanovdan nə üçün bu ada yiyələnmək istədiyinin səbəbini soruşub. 

Nadir Səlifovun bacısı oğlu kriminal düşüncəyə uyğun olaraq “mən özümü “oğru” kimi görürəm” deyə cavab verib. Quram Çixladze isə bu ilin avqustunda İstanbulda Nadir Səlifova yaxınlığı ilə seçilən qazax əsilli kriminal avtoritet Arman Cumagəldiyevlə (“Arman Dikiy”) aralarındakı insidenti xatırladıb. 

Həmin vaxt Arman Cumagəldiyev Quram Çixladzeyə yumruq zərbəsi vurub. O, Məhəmməd Qurbanova bildirib ki, əgər özünü “oğru” kimi görürsə, bəs o zaman “oğru”ya əl qaldırılmasına niyə biganə qalıb? Quram Çixladzenin bu zaman Arman Cumagəldiyevi “frayer”(oğru jarqonunda kriminal aləmə yad olan şəxslərə deyilir) adlandırması Məhəmməd Qurbanovu qəzəbləndirib. Onun Quram Çixladzeyə cavabı sərt olub. Gürcü “oğru” isə Məhəmməd Qurbanovun cavabından sonra ona hücum edib. Quram Çixladze ilə restoranlara gələnlər də ona qoşulub. Bu zaman gürcü “oğru”nun dəstəsində olan “Naxçıvanlı Emin” Məhəmməd Qurbanovu bıçaqlayıb. 

Hadisə Quram Çixladzenin Məhəmməd Qurbanova hücumu birincinin Teymuraz Çuradze (“Aleko Şoşiya”) ilə barışıq əldə etməsindən qısa müdət sonra baş verməsi təsadüfi sayılmır. Məsələ  burasındadır ki, Quram Çixladze ilə Teymuraz Çuradzenin barışdıran Rusiyanın nüfuzlu “oğru”su Zaxari Kalaşov (“Şakro Molodoy”) olub. Onun isə Nadir Səlifovla münasibətləri ürəkaçan deyil. 

Zaxari Kalaşovun Quram Çixladze ilə Teymuraz Çuradzeni barışdırması Nadir Səlifova qarşı yeni cəbhə yaratması kimi qiymətləndirilirdi. Barışıqdan az sonra Quram Çixladzenin Məhəmməd Qurbanova hücum çəkməsi deyilənlərin əsassız olmadığını ortaya qoyub.  Nadir Səlifov da bunun fərqindədir. Bu baxımdan onun yalnız Quram Çixladzeni cəzalandıracağı inandırıcı görünmür. 

Güman ki, Nadir Səlifovun qisas əməliyyatı Zaxari Kalaşova qədər gedib çıxacaq. Nəzərə almaq lazımdır ki, Nadir Səlifovla müttəfiq olan Merab Canqveladze (“Merab Suxumski”)də Zaxari Kalaşovun kriminal aləmi öz istəyinə uyğun idarə etməsinə qarşıdır və bu baxımdan onların münasibətləri yaxşı deyil. Zaxari Kalaşov da öz növbəsində təkcə Nadir Səlifov deyil, Merab Canqveladzeni də kriminal aləmdən silməyə çalışır. Bütün bunlar isə “oğru dünyası”nın bir-birinə girməsini qaçılmaz edəcək. (yenisabah.az)

Paylaş:

mersin escort bayan mersin escort