Be. Fev 17th, 2020

Azay Quliyev seçkiyə belə başladı – FOTOLAR

Dekabrın 25-də 8 saylı Binəqədi birinci seçki dairəsi ərazisində yaşayan 200-dək seçici 9 fevral 2019-cu ildə Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkidə Azay Quliyevin deputatlığa namizədliyini irəli sürmək məqsədi ilə təşəbbüs qrupu yaradıb.

Binəqədi sakini olan ağsaqqalların, gənclərin, elm xadimlərinin, Qarabağ qazilərinin, şəhid ailələrinin təmsilçilərinin və digər ictimaiyyət nümayəndələrinin iştirak etdiyi toplantıda təşəbbüs qrupunun “İslahatlara dəstək” adlandırılması barədə yekdilliklə qərar qəbul olunub.

İclasda çıxış edən ziyalılar Azay Quliyevin deputat kimi ölkənin ictimai-siyasi həyatında fəal iştirakını, Azərbaycanın milli maraqlarının beynəlxalq aləmdə qorunması istiqamətində gördüyü işləri yüksək qiymətləndirdiklərini bildiriblər. Çıxışçılar Azay Quliyevin 8 saylı Binəqədi birinci seçki dairəsinin deputatı olduğu ötən 4 ildə onları layiqli şəkildə təmsil etdiyini, seçicilərinin müraciətlərini operativ surətdə cavablandırdığını, problemlərinin həllinə hər zaman yardımçı olduğunu, heç bir seçicisini diqqətdən kənarda saxlamadığını və əlçatan olduğunu deyiblər. Bu səbəbdən Milli Məclisdə növbəti müddətdə də təmsilçilərinin məhz Azay Quliyev olmasını istədiklərini vurğulayıblar.

Azay Quliyev cənab Prezident İlham Əliyevin apardığı islahatların ölkənin yeni inkişaf mərhələsinin əsasını qoyduğunu deyib. A.Quliyev islahatların daha da dərinləşməsi üçün parlamentin də üzərinə böyük məsuliyyət düşdüyünü bildirərək növbəti dəfə etimad göstəriləcəyi təqdirdə vəzifəsini yenə ləyaqətlə icra edəcəyini və islahatlara dəstəyini davam etdirəcəyini bəyan edib. Azay Quliyev seçicilərinin ölkədə aparılan genişmiqyaslı islahatlara verdiyi birmənalı dəstəkdən məmnun olduğunu və təşəbbüs qrupunun adının bundan sonrakı fəaliyyətinin də ana xəttini təşkil edəcəyini bildirib.

İclasın sonunda Azay Quliyev təşəbbüs qrupunun üzvlərinə təşəkkür edib, göstərdikləri etimadı doğrultmaq üçün bundan sonra da bütün imkanlarını səfərbər edəcəyini bildirib və 8 saylı Binəqədi birinci seçki dairəsinin bütün seçicilərini seçkilərdə fəal iştiraka dəvət edib.
Toplantıda müvafiq sənədlərin DSK-ya təqdim olunması üçün səlahiyyətli nümayəndələr seçilib.

80007467_745664309261990_7820590758263521280_n.jpg (133 KB)

80068676_838862253220563_8429115580325298176_n.jpg (287 KB)

80328765_873473903110787_4615251829125545984_n.jpg (280 KB)

Paylaş: