03 İyul 2020 23:43

İrəvanda QAPALI TOPLANTI: Ermənistan gizli şəkildə müharibəyə hazırlaşır

İki gün öncə İrəvanda Ermənistanın təhlükəsizlik şurası və qondarma “DQR”-in “təhlükəsizlik şurası”nın birgə iclası keçirildi. İclasda baş nazir Nikol Paşinyan, prezident Armen Sarkisyan və Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan separatçı rejimin “prezidenti” Bako Saakyan iştirak edib.

Paşinyan iclasda çıxışı zamanı Ermənistanın separatçı rejimin əsas “zamini” kimi qaldığını bildirib.

Bu ilin 12 mart tarixində Ermənistan və separatçı rejimin rəhbərliyi işğal altındakı Xankəndidə belə bir iclas keçirmişdi. İrəvanda keçirilən iclas ikinci sayılır. Danışıqlar masasında prosesi bütün vasitələrlə pozmağa çalışan Paşinyanın İrəvanda belə bir iclas keçirməsi təsadüfə bənzəmir.

Burada iki mühüm səbəb var: birincisi, gələn il separatçı rejimin “prezientliyə” seçkilərin keçirilməsidir – Paşinyan “Qarabağ klanı”nın son qalasını əlindən almaq üçün separatçı rejimi hərbi-siyasi tərəfdən özünə bağlayır; ikincisi, Ermənistanın Qarbağda müharibəyə hazırlaşmasıdır – Paşinyanın danışıqlar masasından qaçmaq üçün istifadə etdiyi manevrlər tüknməkdədir, bu baxımdan, “təhlükəsizlik şuralarını” birgə iclasının keçirilməsi işğalçı ölkənin yeni diversiya aktlarına hazırlaşdığı ehtimalını artırır.

Erməni politoloq Manvel Sarkisyan isə hesab edir ki, onilliklər boyunca rəsmi İrəvan Qarabağdakı rejimlə münasibətləri “kölgədə saxlayır”, Qarabağın “müstəqil” olduğunu göstərirdi.

“İndi bu münasibətlər kölgədən çıxarılır və birgə hərəkət planı hazırlanır”, – erməni politoloq deyib.

Bu məqam Paşinyanın “diriltməyə” çalışdığı “Miatsum” ideyasının davamı kimi görünür. Hərçənd, belə bir gediş beynəlxalq hüququn pozulması və müharibə qapısının aralanması deməkdir. Görünür, Nikol danışıqlar masasında “sülh”dən danışsa da, evə dönən kimi müharibə hazırlıqlarını aparır. (publika.az)

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin