03 İyul 2020 23:12

Qüdrət Həsənquliyev Cahandar Bayoğlu ilə görüşdü

Müzakirədə bir-birimizə dəstək verəcəyimizi, perspektivləri də dəyərləndirə bildik

Növbədənkənar parlament seçkilərinə qatılan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev “BAY” Düşüncə Ocağının başqanı Cahandar Bayoğlu ilə görüşüb.

Bu barədə Turkustan.info Cahandar Bayoğlu məlumat verib.

O bildirib ki, görüşdə hər iki namizəd bir-birinə dəstək verəcəyini deyib:

“Qüdrət bəylə bizi keçmişə dayanan dostluq birləşdirir. Biz hər zaman Azərbaycan üçün taleyüklü məsələlərdə məşvərətlər apardığımız kimi, mövcud siyasi durumu da dəyərləndirdik. Seçkilər və kadr islahatları ana mövzumuz oldu.

Bilirsiniz ki, mən 22 saylı Nəsimi 2-ci Seçki Dairəsindən, Qüdrət bəy isə 36 saylı Xətai 4-cü Seçki Dairəsindən namizədliyimizi irəli sürmüşük. Müzakirədə bir-birimizə dəstək verəcəyimizi, perspektivləri də dəyərləndirə bildik. Bir çox məsələlərdə ortaq düşüncələrimiz, ortaq fəaliyyətimiz də məqbul sayılır. Mən inanıram ki, seçki qabağı belə məsləhətləşmələrimiz çox olacaq”.

Cahandar Bayoğlu qeyd edib ki, gələcəkdə siyasi təşkilatların rəhbərləri ilə də görüşlər olacaq:

“Milli mənəvi dəyərlərimizə üstünlük verən bir çox siyasi təşkilatların rəhbərləri ilə belə görüşlərimiz və əməkdaşlığımız nəzərdə tutulur”.

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin