Ca. Fev 27th, 2020

Siz də telefonu gecədən səhərə kimi “tok”a taxılı qoyursunuz?

Gecə vaxtı adapterə qoşulu qalmış smartfonun akkumulyatoru daha tez sıradan çıxır. Bu haqda “Business Insider” nəşri yazıb.

Turkustan.info “ICTnews”a istinadən xəbər verir ki, məlumata görə, tamamilə enerji ilə doldurulmuş cihazın şəbəkə adapterinə qoşulu qalması batareyanın kimyəvi tərkibinin daha sürətli dəyişilməsinə səbəb olur ki, bu da onun istismar müddətinə mənfi təsir göstərir.

“BatterieIngenieure” şirkətinin nümayəndəsi Dominik Şulte iddia edir ki, bütün əsas istehsalçıların smartfonlara əlavə müdafiə quraşdırmasına baxmayaraq, akkumulyatorun sıradan çıxması baş verir.

“Google”un nümayəndəsi “Business Insider” nəşrinə deyib ki, batareya istehsalı və optimallaşdırılması üzrə müasir texnologiyanı nəzərə alsaq, bu tezis köhnəlib. “Smartfonun akkumulyatoru 100% enerji topladıqda, enerji doldurma qurğusu cərəyanın verilməsini dayandırır” – korporasiyanın nümayəndəsi izah edib.  /Yeniavaz.com/

Paylaş:

mersin escort bayan mersin escort