Ça. Fev 25th, 2020

Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov şəhərin klub müəssisələrinin özfəaliyyət kollektivlərinin üzvləri ilə görüşüb

Sumqayıt şəhər N.Nərimanov adına mədəniyyət mərkəzində Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov şəhərin klub müəssisələrinin özfəaliyyət kollektivlərinin üzvləri ilə görüşüb.

İdarə rəisi Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyləyi günü münasibətilə onalrı təbrik edib, xoş arzularını çatdırıb və il ərzində şəhərin mədəni həyatında yaxından fəaliyyət göstərən özfəaliyyət kollektivlərinin üzvlərinə təşəkkürünü bildirib.

O, qeyd edib ki, 2019-cu il xüsisusilə Sumqayıtlılar üçün çox əlamətdar il olub. Şəhərimizin 70 illik yubiley tədbirlərinin keçirilməsinin məsuliyyəti daha çox mədəniyyət işçilərinin üzərinə düşüb. Və sevinirəm ki, kollektivlərimiz bu məsuliyyətli işin öhdəsindən şərəflə gəliblər.

İl ərzində şəhərin bütün küçə və xiyabanlarının konsert meydançalarını xatırlatdığını deyən idarə rəisi bu işdə əməyi olan hər kəsə təşəkkürünü çatdırıb, Yeni il Dünya Azərbaycanlılarının Həmrəyləyi günü münasibətilə keçiriləcək bayram tədbirlərinin də yüksək səviyyədə keçirilməsi ilə bağlı tapşırıqlarını verib.

Daha sonra Mehman Şükürov yeni inşa edilən mədəniyyət müəssisələri haqqında danışıb.

O, bildirib ki, bu iki böyük mədəniyyət ocağı ölkə prezidenti cənab İlham Əliyevin və icra başçısı Zakir Fərəcovun şəhər sakinlərinə, o cümlədən, mədəniyyət işçilərinə verilən ən qiymətli, dəyərli hədiyyə, şəhərin mədəni həyatında yeni bir mərhələdir.

Artıq muğam mərkəzində muğam gecələri, bir-birindən maraqlı konsert proqramları təşkil olunmalıdır ki, bu məsuliyyət yenə də biz mədəniyyət işçilərinin üzərinə düşür. İnanıram ki, biz bunun da öhdəsindən layiqincə gələcək, şəhər sakinlərinin və qonaqların zövqünü oxşayacaq, marağna səbəb oolacaq uğurlu layihələrə imza atacağıq.

Sonda idarə rəisi il ərzində keçirilən tədbirlərdə şəhərin mədəni həyatında fəallıq göstərən özfəaliyyət kollektivlərinin üzvlərinə və gənc ifaçılara Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyləyi günü münasibətilə fəxri fərmanlar təqdim edib.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin

Mətbuat xidməti

 

Paylaş:

mersin escort bayan mersin escort