Ca. Apr 9th, 2020

ADAU-nun dekanı Əlöysəd Əsgərova yenidən etimad göstərilib

Bu gün müstəqil ölkəmizin ali məktəblərində gənclərin təhsil alıb, elmi biliklərə səylə yiyələnməsində universitet rektorluğu, ayrı–ayrı fənləri tədris edən professor–müəllim heyəti ilə yanaşı, fakültə dekanı da müstəstəsna rol oynayır. Alimlərin təbirincə desək, sərkərdə yerində olduqda ordu bada getməz. fakültə dekanı hər bir tələbənin dərsə davamiyyətinə, mühazirə və seminarlarda fəal iştirakına ciddi nəzarət edir, onların ictimai həyatındakı fəaliyyətini, tələbə elmi cəmiyyətindəki işlərini daim nəzarətdə saxlayır.

Fakültəmizin dekanı, dosent Əlöysəd Əsgərov məhs öz vəzifəsinə bu səviyyədə yanaşır, hər gəncə xüsusi qayğı və diqqət göstərməklə onların təhsilinə və elmi fəaliyyətinə ciddi yanaşır.

Bu günlərdə fakültə dekanının seçkisində universitet rəhbərliyi, professor–müəllim heyəti, tələbə kollektivi fəal iştirak edib. Hesabat–seçki yığıncağını ADAU–nun rektoru, AMEA–nın müxbir üzvü, professor İbrahim Cəfərov giriş sözü ilə acaraq deyib ki, Ə.Əsgərov ötən 5 ildə öz fəaliyyəti ilə, istər ali məktəb rəhbərliyinin, istərsə də professor–müəllim və tələbə kollektivinin dərin rəğbətini qazanıb, mühazirə və seminarların yüksək səviyyədə aparılmasına ciddi nəzarət göstərib, tələbələrin ictimai həyatda mövqelərini istiqamətləndirib, onların TEC–ə cəlb edilməsinə xüsusi əhəmiyyət verib, fakültə tələbələrinin ictimai həyatdakı fəaliyyətini istiqamətləndirib. Ali məktəbin ictimai təşkilatları, valideynlər, tələbə kollektivi onun fəaliyyətindən həmişə razı qalıb.

Sonra fakültə dekanı, dosent Ə.Əsgərovun 5 illik fəaliyyəti barədə hesabatı dinlənilib.

Dosent Ə.Əsgərov ötən hesabat dövründə fakültədə görülən işlərdən danışaraq göstərib ki, tədris prosseində, tədris və əmək intizamının möhkəmləndirilməsində, fakültənin maddi–texniki bazasının qorunmasında, ictimai təşkilatlar və tələbə kollektivi ilə birlikdə diqqət çəkən tədbirlər həyata keçirilib. İşlərimizin müvafiq təhsil qanunvericiliyinə uyğun şəkildə qurulmasında əlimizdən gələni əsirgəməmişik.

O, qeyd edib ki, bundan sonra da tədris prosesində ən prioritet olan tədris intizamının möhkəmləndirilməsi, keyfiyyətli təhsil, professor–müəllim heyyətinin işə məsuliyyət hissinin artırılması, tələbə–müəllim münasibətlərinin normal səviyyədə təmin edilməsinə calışacaq, magistraturada tədris prosesinin düzgün təşkili və buna nəzarətin təmin edilməsi, imtahan sessiyalarının obyektiv və şəffaf keçirilməsinin təşkili, sessiyalarda tələbələrin fəallığının təmin edilməsinə ciddi səy göstəriləcəkdir. Tədris, istehsalat, elmi və pedaqoji təcrübələrinin səmərəliliyinin artırılması üçün tədbirlərin görülməsi, tədris köməkçi heyyətin işə məsuliyyət hissinin artırılması, bakalavriat səviyyəsində dövlət attestasiya komissiyasının, magistratura səviyyəsində ixtisaslaşmış elmi şuralarının fəaliyyətinin səmərəli təşkilinin təmin edilməsinə çalışacağıq. Elmi tədqiqat işlərinin yerinə yetirilməsinə nəzarətin gücləndirilməsi diqqət mərkəzində dayanacaqdır.

Valideynlərlə əlaqələrin daim yaxşılaşdırılmasına calışacağıq.

Fakültə dekanlığı bundan sonra da öz fəaliyyətini durmadan genişləndirəcəkdir.

Yığıncaqda mühasibat ucotu və audit kafetdasının müdiri, dosent Pərvin Muxtarova, marketinq kafedrasının müdiri dosent əvəzi Asif Həsənov, aqrobiznes və menecment kafedrasının müdiri, dosent Ehtibar İmamverdiyev və başqaları çıxış ediblər, fikirlərini səsləndiriblər.

Ə.Əsgərov səs vermə yolu ilə yenidən fakültə dekanı seçilib.

Aysu Əliyeva,

ADAU–nun Aqrobiznes və idarəetmə fakültəsinin I kurs tələbəsi   

Paylaş:

mersin escort bayan mersin escort