Şb. Apr 4th, 2020

Prezident fərmanı: Bu, ölkədə ilk dəfə olacaq – Ekspert

Prezident tərəfindən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin yaradılması olduqca müsbət bir addımdır. Bu onu göstərir ki, ölkə prezidenti təhsilin inkişafında, keyfiyyətin artmasında, ali təhsil müəssisələrimizin dünya reytinqində yüksəlməsində maraqlıdır.

Turkustan.info xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov yeni yaradılan Keyfiyyət Təminatı Agentliyi haqqında danışarkən deyib. O bildirib ki, Agentliyin nizamnaməsi kifayət qədər əhatəlidir və təhsil sistemində böyük işlər görməyə imkan verəcək:

“1. Agentlik Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Yəni göstərdiyi xidmətlərlə maliyyələşən təşkilatdır.

2. Təhsildə Keyfiyyət Təminatı Agentliyi indiyə qədər fəaliyyət göstərən Akkreditasiya və Nostrifikasiya İdarəsinin bazasında formalaşacaq.

3. Təhsildə Keyfiyyət Təminatı Agentliyi bundan sonra təhsil müəssisələrinin akkreditasiyasını həyata keçirəcək.

4.Təhsildə Keyfiyyət Təminatı Agentliyi xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası), xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması, habelə peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş sənədləri təsdiq edəcək. Bu o həmdə o deməkdir ki, yaxın illərdə ölkəmizdə distant təhsil alanların da diplomları tanınacaq.

5. Hər bir ixtisas (proqram) üzrə təhsil alanların say həddinin müəyyən edilməsi ilə bağlı təklif etmək hüququna malikdir. Və ya təhsil müəssisələrinə tələbə qəbulu proqnozunun formalaşdırılması prosesində iştirak etmək hüququ var ki, bu da yeni və vacib məsələdir.

6. Və ilk dəfə olaraq, ölkədə bir qurum:

A) effektiv keyfiyyət təminatı sisteminin fəaliyyətini təşkil etmək, keyfiyyət nəticələri və əhatəli olmasına görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sisteminin formalaşdırılmasına nəzarət edəcək.

B) müasir dövrün tələblərinə uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik rəqabət qabiliyyətli mütəxəssislərin əmək bazarına çıxışına dəstək verəcək”.

Ekspertin sözlərinə görə, bu agentlik keyfiyyətin ölçülməsi üçün qəbul və buraxılış imtahanlarını təhlil edəcək, ali təhsil müəssisələrinin tədris proqramını ciddi şəkildə təhlil edəcək.  /Axar.az/

Paylaş:

mersin escort bayan mersin escort