Şb. Apr 4th, 2020

Viskidən ölənlərin sayı 4-ə çatdı – Əhaliyə XƏBƏRDARLIQ

“Bir həftə ərzində içkidən zəhərlənmə ilə bağlı ümumilikdə 8 hadisə baş verib”.

Turkustan.info-nun məlumatına görə, bu barədə jrunalistlərə açıqlama verən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bildirib ki, hadisələr nəticəsində 13 nəfər zərər çəkib:

“Onlardan 4-ü ölüb, biri isə görmə qabiliyyətini itirib”.

AQTA sədri bayram günlərində qidalanma ilə bağlı əhaliyə və ictimai iaşə obyektlərinin rəhbərlərinə də müraciət edib.

O, qeyd edib ki, bayram günlərində ictimai iaşə obyektlərində müraciət və istehlak çox olur:

“Yeni il bayramı ilə əlaqədar müxtəlif ictimai iaşə müəssisələrində, restoran, şadlıq saraylarında hazırlıq gedir. Ailələr də fərdi qaydada bayrama hazırlıq edirlər. Bu günlərdə hər bir vətəndaş özü də qida nəzarətçisinə çevrilməlidir. İctimai iaşə obyektlərinin sahiblərini daha diqqətli olmağa səsləyirik. Onlar öz məsuliyyələrini dərk etməlidilər”.

Q.Təhməzli bildirib ki, qış turizmi ilə əlaqədar Azərbaycana çoxlu sayda xarici vətəndaşlar gəlir:

“Onlar həm işgüzar səfərə gəlirlər, həm də turist kimi. Bu  məqsədlə də ictimai iaşə obyektlərinin sahiblərinə səslənirəm ki, onlar ölkənin imicini də nəzərə almalıdılar, onların hər hansı yanlış hərəkəti Azərbaycanın nüfuzuna mənfi təsir göstərə bilər”.

Paylaş:

mersin escort bayan mersin escort