Ca. Fev 27th, 2020

2020-ci ilin simvolu – Siçanlar haqda bilmədiklərimiz…

Adətən, siçanlar xoşagəlməz, insanlarda ikrah hissi oyadan gəmirici heyvan sayılır. Onların ölçüsü 8 santimetrdən 30 santimetrə qədər ölçüyə malikdir.

Turkustan.info Modern.az-a istinadən xəbər verir ki, bioloqlar bu gəmiricinin 70-ə qədər növünün olduğunu müəyyən ediblər. Onlar arasında ən geniş yayılmışı boz siçanlardır. Məhz boz siçanlar evlərin zirzəmisində, yollarda və baxımsız yerlərdə rastımıza çıxır. Bozla yanaşı, qara siçan da tez-tez insanların rastına çıxır. Qara siçanların özəlliyi onların nisbətən kiçik qabaritlərə malik olması və quyruqlarında tükün olması ilə bağlıdır.

İsti sevən olduğu üçün qara siçanlar adətən Afrika, Asiya və Cənubi Amerika ölkələrində rast gəlinir.

 Siçan qidalanmaq üçüx xüsusi şərtlər seçmir. Onlar qoz-fındıq, bütün meyvə-tərəvəz növlərini yeyirlər. Maraqlıdır ki, siçanların görmə qabiliyyəti zəifdir və bu çatışmazlığı onların kəskin iybilmə və eşitmə qabiliyyətləri kompensasiya edir.

Siçanlarla bağlı mənfi rəy təkcə onların görünüşü ilə deyil, həm də onların vəba və s. yoluxucu xəstəliklərin daşıyıcısı olması ilə bağlıdır. Belə ki, 1337-ci ildə məhz siçanlar Avropada “qara ölüm” adını almış vəba epidemiyasını yaymışdılar. Bir neçə il ərzində Avropa əhalisinin 3/1 hissəsi (20-25 milyon insan) bu xəstəliyin qurbanı olmuşdu. Həmin vaxtdan siçanlara həm də ölüm mənbəyi kimi də baxırdılar.

Siçovul kimi oxşar gəmiricidən siçanlar öz ölçüləri ilə seçilir. Siçanların ölçüsü maksimum 15-20 sm-a çatır. Bundan başqa, siçanlar daha kiçik qabaritlərə malik olduğu üçün siçovullar qədər əzələ kütləsinə və gücə malik deyillər.

Bu gəmiricilər az yaşayır. Onların ömrü 2-3 il sürür. Amma buna baxmayaraq, onlar çoxlu bala verirlər. Dişi siçan hər 2 aydan bir balalaya bilir. Yüksək təbii artımına görə hazırda dünyada siçanların dəqiq sayını müəyyən etmək problematikdir.

Siçanların əsas düşməni itlər, pişilər, bayquşlar və iri quşlar hesab olunur. Maraqlı bir detal ev və çöl siçanlarının ömür uzunluğu ilə bağlıdır. Belə ki, daim qida ilə təmin olunan və vəhşi heyanlardan qorunmaq ehtiyacı hiss etməyən ev siçanları çöl siçanlarından daha çox ömür sürür.

Paylaş:

mersin escort bayan mersin escort