04 Avqust 2020 14:41

Xanhüseyn Kazımlıdan xəbər yoxdur – Seçkilərə qatılmır?

“Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 19 siyasi partiya namizəd irəli sürüb”.

Turkustan.info xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında bildirib.

Onun sözlərinə görə, indiyə qədər 19 siyasi partiya 457 namizəd irəli sürüb.

Lakin beşnici çağırış Milli Məclisin deputatı olan Xanhüseyn Kazımlının sədri olduğu Azərbaycan Sosial Rifah Partiyası hələ ki, namizədini irəli sürməyib.

Qeyd edək ki, indiyə qədər 20 siyasi partiyanın – Yeni Azərbaycan Partiyasının, Ümid Partiyasının, Vətəndaş Həmrəyliyi Partiyasının, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Demokrat Partiyası, Böyük Azərbaycan Partiyasının, Vahid Azərbaycan Partiyasının, Ana Vətən Partiyasının, Azərbaycan Təkamül Partiyasının, Müsavat Partiyasının, Azərbaycan Sosial Rifah Partiyasının, Vəhdət Partiyasının, Demokratik İslahatlar Partiyasının, Azərbaycan Liberal Demokrat Partiyasının, Azərbaycan Demokratik Maarifçilik Partiyasının, Müasir Müsavat Partiyasının və Vətəndaş və İnkişaf Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınmışdı. /Modern.az

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin