III Dünya müharibəsi ola bilərmi? – Mütəxəssis danışır

ABŞ-la İran arasında uzun müddətdir ki, davam edən və səngimək bilməyən gərginlik dünya miqyasında müzakirələrə səbəb olub.

Hər kəs bir sual ətrafında düşünür: III Dünya müharibəsi ola bilərmi?

İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı Qasım Süleymaninin Bağdadda öldürülməsindən sonra İran bunun qisasını almaq üçün ABŞ-ın İraqdakı hərbi bazalarını raket atəşinə tutdu. Məhz bu genişmiqyaslı hadisələr Dünyanın III cahan müharibəsinin astasında olduğu təəssüratını yaratdı.

Türkiyəli professor Məsud Haqqı Caşın sözlərinə görə, ABŞ-la İran arasında gərginlik elə bu səviyyədə davam edəcək: “3-cü Dünya müharibəsi olmayacaq. İran ABŞ-a 5 gündən sonra cavab verdi. Raket hücumunda isə böyük itki olmadı. Bu, əslində, bir varislik savaşıdır. Bu müharibələrin ilk məqsədinin ABŞ və İsraili yormaq olduğunu düşünürəm. Ona görə İran Yəmən, İraq və Suriyadan vura biləcəyi kimi, Livandan Hizbullah vasitəsilə də İsraili vura bilər. Necə ki, Beyrutda olmuşdu. 1 gənc qız yük maşını ilə 243 amerikalını öldürmüşdü. İkinci yük maşını Fransada bir çox insanın həyatına son qoydu. Bu kamikadze hücumları dünyanın hər yerində amerikalıları hədəf ala bilər. Xüsusilə, İranda. Çünki bu ölkədə 1 milyon amerikalı yaşayır və İran bildirir ki, növbəti hücum olsa, ABŞ-ı daxilindən vuracaqlar.

İran öz torpaqları xaricində qarşıdurmaya daxil olacaq

Professor bildirib ki, ABŞ və İran bu qarşıdurmanı enerji müharibəsinə də çevirə bilər: “Bilirik ki, Hörmüz boğazı bağlana bilər və burada 24 sualtı gəmisi ilə Qırmızı dəniz daxil olmaqla, tankerlərə mina döşəyə bilər. Lakin İranın əlindəki hədəf – girov sayı az olduğundan mümkün olduğu qədər öz torpaqlarından kənarda müharibə aparacağını düşünürəm”. (publika.az)

Paylaş:

Share