Sensasiya: İran Ukrayna təyyarəsini özü vurub?..

Ukraynanın sərnişin təyyarəsi İranda raket zərbəsi nəticəsində qəzaya uğrayıb.

Turkustan.info xəbər verir ki, bu iddia ilə İordaniyanın “Əl Adat” qəzeti çıxış edib. Qəzetin iddiasına görə, təyyarə İranın ABŞ-ın İraqdakı bazasına atdığı raketlərdən birinə tuş gəlməsi ucbatından partlayıb.

Məlumatda Ukrayna təyyarəsinin Tehran hava limanından qalxma vaxtının İranın raket hücumlarını başlatmasıyla eyni vaxtda düşdüyü də xatırladılıb.  /Axar.az/

Paylaş:

Share