Şb. Apr 4th, 2020

Sumqayıt şəhər F.Əmirov adına uşaq musiqi məktəbində Əlibaba Məmmədovun 90 illik yubileyinə həsr olunmuş konsert keçirilib

Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə Sumqayıt şəhər F.Əmirov adına uşaq musiqi məktəbində görkəmli xanəndə Əlibaba Məmmədovun 90 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

Tədbirdə əvvəlcə Əlibaba Məmmədovun həyatı və yaradıcılığı haqqında geniş məlumat verilib.

Sonra “Xanəndə” sinfinin müəllim və şagirdlərinin bir-birindən maraqlı ifaları dinlənilib.

Vüqar Nəcəfovun ifasında “Çahargah” təsnifi, Məlahət Hüseynovanın ifasında “Burdan bir ceyran keçər”, III sinif şagirdi Rəşad Qələndərzadənin ifasında “Mənim Azərbaycanım”, II sinif şagirdi Röyal Xıdırlının ifasında “Bir dənəsən”, III sinif şagirdi Xədicə Muradzadənin ifasında “Dəşti” təsnifi, IV sinif şagirdi Aytən Abbasovanın ifasında “Bakı” mahnısı və başqa təsnif və mahnılar tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Sumqayıt Regional Mədəniyyət idarəsinin

Mətbuat xidməti

 

Paylaş:

mersin escort bayan mersin escort