04 Avqust 2020 05:53

Trampdan İrana yeni HƏDƏ: “İran davranışını dəyişənədək davam edəcək”

ABŞ prezidenti xalqa müraciət edib.

Turkustan.info xəbər verir ki, Ağ ev rəhbəri İrana qarşı yeni sərt iqtisadi sanksiyalar tətbiq ediləcəyini bildirib.

Bir neçə gün əvvəl öldürülən Q.Süleymanini terrorçu adlandıran ABŞ prezidenti Donald Tramp İranın bu ölkənin İraqdakı hərbi bazalarını raket atəşi nəticəsində heç bir təlafat olmadığını qeyd edib.

Donald Trampın sözlərinə görə, aviazərbələr nəticəsində ölənlər arasında ABŞ vətəndaşları yoxdur və bazalara minimal zərər dəyib.

Tramp vurğulayıb ki,  ABŞ-ın prezidenti olduğu müddətdə İran nüvə silahına sahib olmayacaq: “Həm Yaxın Şərqdə, həm də digər yerlərdə xalqlar İranın destruktiv addımlarına dözüblər. Bu günlər artıq başa çatıb. İran terrorizmin əsas sponsoruna çevrilib və nüvə silahı əldə etmək istəyi ilə sivil dünyanı təhdid edir. Biz buna heç vaxt icazə verməyəcəyik. Ötən həftə biz amerikalı insanların həyatına təhlükə yaradan Qasım Süleymanini zərərsizləşdirmişik. İranın aqressiyasına cavab tədbirlərini müəyyənləşdiririk və ABŞ dərhal əlavə iqtisadi sanksiyalar tətbiq edəcək. İran rejimi öz davranışını dəyişənə qədər bu, davam edəcək”.  /Modern.az/

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin