Be. Yan 20th, 2020

AzTU-nun tədris hissəsinin müdiri işdən çıxarıldı

Azərbaycan Texniki Universitetinin (AzTU) Tədris hissəsinin müdiri İmran Yolçuyev səriştəsiz fəaliyyətinə və işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.

Bu barədə Turkustan.info-ya universitetin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin vəzifəyə pedaqogika üzrə fəlsəfə doktoru Qəmər İsayeva təyin olunub.

Qəmər İsayeva bundan əvvəl Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tədris hissəsinin planlaşdırma və proqnozlaşdırma bölməsinin müdiri vəzifəsində çalışıb. 

Paylaş: