Şb. Apr 4th, 2020

Cəlaləddin Qasımov bu dəfə “Edam günü”nü romanlaşdırdı

Cəlaləddin Qasımov

 “Edam günü” detektiv tarixi romanında şahidi ol­duğum, ürək ağrısıyla seyr etdiyim çoxsaylı hadisələrdən bəhs olunur.

Polis sistemində 18 illik əməliyyat təcrübəmdən is­ti­fadə edib, həyatda gördü­yüm, qarşılaşdığım, öyrəndiyim ha­di­sə­lər barədə qeydlər etmişəm. Və bu kitabda edama məhkum olunmuş bir məhbusun kamerada yaşadığı həyəcanlı anlar əks olunub.

Oxucuma bildirmək istərdim ki, Bayıl həbsxanasında keçmiş sovet dövründə işləmiş işçilərlə görüşüb, maraqlı məlumatlar toplamışam. Yəni, belə faktların əksəriyyətini real həyatda yaşamış (məhkum olunmuş) məhbuslardan almışam.

“Edam günü”nün psixoloji trillerində hadisələr sovet dövrünün son illərində həbsxanada cərəyan edir. Mən burada həbsxana mövzusuna iki əks qütbdə ziddiyyətli kontekstdən baxaraq orijinal yanaşma təqdim etməyə  çalışmışam.

Bu kitabda12 bölümdən ibarət bədii film ssenarisi yer alıb; amma hələlik cəmi bir bölümü bədii filmə çevirə bilmişik.

Filmdə baş rolları Rövşən Kərimduxt, Sabir Məmmədov oynayır.“SPP Production” tərəfindən istehsal edilən ekran əsərinin xronometrajı 95 dəqiqədir. Film dünyada böyük marağa səbəb olub. Son 11 ayda film 20 beynəlxalq festivalda uğur qazanıb; ABŞ-da (“Hollivud”da), İspa­niyada, Böyük Britaniyada vəYaponyada düzənlənən beynəlxalq film festivallarında ödüllər alıb.

Əlbəttə, gənc nəslin milli mənlik şüuru inkişaf etdirilməlidir. Xal­qı­mı­zın, dövlətimizin milli dəyərləri ideoloji maarif­lən­dirmədə aparıcı xətt təşkil etməlidir;belə olunca, gənc nəslin vətənpərvərlik hissləri daha da güclənər, deyə düşünürük.

Tan­rı bi­zə əta etdiyi həyatı bəxşiş kimi yox, əmanət ki­mi ve­rib.Elə etməliyik ki, biz həyatda buraxdığımız səhvləri övlad­ları­mız buraxmasın. Bukitab­da yazılanlar bir həyat təcrübəsi, bir hə­yat məktəbidir. Həyatda buraxılan səhvlər, habelə bizim gör­mə­diymiz, ya­şamadığımız günahlar övlad­larımız tərəfin­dən yaşanmamalı, təkrar edilməməlidir.

Beləliklə, biz gənclərimizi gələcək səhv­lərdən qorumağa borcluyuq. “Edam günü” də bu borcun bir ifadəsidir…

Paylaş:

mersin escort bayan mersin escort