Be. Yan 27th, 2020

Papa olmaq asan deyilmiş – Fransis səhvini düzəltdi

Yeni il gecəsində əlini tutan qadına qarşı kobudluq edən və bununla müzakirələrə səbəb olan katoliklərin mənəvi lideri Papa Fransis səhvini düzəltmək qərarına gəlib.

Turkustan.info-nun xarici mətbuata istinadən xəbərinə görə, bu günlərdə keçirilən mərasimlərdən birində rahibələrdən biri Papanı öpmək istəyib. Papa isə cavabında deyib ki, buna razıdır, amma bir şərtlə ki, rahibə onu dişləməsin: “Dişləməyəcəyinizə söz verirsinizmi?” Qadın söz verəndən sonra Papa onun yanağından öpüb.

Xatırladaq ki, Yeni il gecəsində bir qadının əlini tutaraq, bir müddət buraxmaması Fransisi əsəbləşdirib və o, qadının əlinə vurub. Bu hərəkəti böyük reaksiyaya səbəb olan Papa üzr istəyib.   /Cebhe.info/

Paylaş: