Be. Yan 27th, 2020

Paşinyan “Soros uşağını” nazir göndərir? – Hələlik ancaq işdən…

Ermənistanın Baş nazirinin mətbuat katibi Vladimir Karapetyan tutduğu vəzifədən azad edilib.

Turkustan.info-nun məlumatına görə, V.Karapetyanı Baş nazir Nikol Paşinyan istefaya göndərib. Bu barədə qərar Ermənistan hökumətinin saytında yerləşdirilib.

Məsələyə münasibət bildirən V.Karapetyan isə özünün “Facebook” səhifəsində ötənilki işindən əla təcrübə topladığını yazıb.

Qeyd edək ki, Ermənistan mətbuatı ötən ilin sonlarında Soros Fonduna yaxın kadrlardan sayılan V.Karapetyanın xarici işlər naziri təyin ediləcəyinə dair məlumat yaymışdı.

Xatırladaq ki, V.Karapetyan 2019-cu il yanvarın 29-da baş nazirin mətbuat katibi təyin edilmişdi.   /Cebhe.info/

Paylaş: