C. Yan 24th, 2020

Süleymanini erməni general öldürüb

İsrailin erməniyönlü politoloqu Aviqdor Eskin ABŞ Hərbi Hava Qüvvələrinin generalı Cefri Xaricyana Qasım Süleymaninin qətlinə görə təşəkkür edib.

Bu məlumatı “Analitik.am” saytı yayıb.

“ABŞ ordusunun generalı Cefri Xaricyana Süleymaninin məhvi əməliyyatındakı roluna görə xüsusi minnətdarlıq düşür”, – Eskin qeyd edib.

Qeyd edək ki, erməni mediası bu iddianı yalanlamaq üçün bütün vasitələrdən istifadə edir.    /axar.az/

Paylaş: