Be. Yan 27th, 2020

Ukrayna təyyarə qəzası ilə bağlı əsas versiyaları AÇIQLADI: Zenit qurğusu ilə…

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası İranda baş vermiş təyyarə qəzası ilə bağlı əsas versiyaları açıqlayıb.

Xəbərə görə, əsas versiyalar arasında təyyarənin zenit qurğusu ilə vurulması, terror aktı nəticəsində partladılması və texniki qurğuların sıradan çıxması yer alıb.

Xatırladaq ki, göyərtəsində 176 nəfər olan Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsi yanvarın 8-də Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğrayıb. Qəza nəticəsində sağ qalan olmayıb. (axar.az)

Paylaş: