C. Yan 24th, 2020

Ərdoğan 3 önəmli şəxsi Kremlə göndərir: Kritik müzakirə

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Müdafiə naziri Hulusi Akar Moskvaya səfər edəcək.

Turkustan.info xəbər verir ki, bu məlumatı “Milliyyət” qəzeti yayıb. Məlumata görə, səfər yanvarın 13-də gerçəkləşdiriləcək.

Moskvaya gələcək heyətin tərkibində Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fikanın da yer alacağı bildirilib.

Tərəflərin Liviya və İraqdakı son gərginliyi müzakirə edəcəyi ehtimal edilir.  /Axar.az/

Paylaş: