Be. Yan 20th, 2020

Tatlısəs səhnəyə qayıdır: “Artıq meymun gözlərini açdı”

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs yenidən səhnəyə qayıdır.

Türkiyə KİV xəbərlərinə görə, İbrahim Tatlısəs 68 yaşını böyük oğlu Ahmet Tatlısəsin İstanbulda saç transplantasiya mərkəzində qeyd edib. Jurnalistlərin suallarını cavablandıran məşhur müğənni onu sevənlərə də şad xəbər verib.

“Artıq meymun gözlərini açdı. Yeni layihələr və mahnılarla geri dönürəm, ümid edirəm tezliklə yeni bir proqram da hazırlayacağam”, – deyə İbrahim Tatlısəs bildirib.

Qeyd edək ki, İbrahim Tatlıses 2011-ci il martın 14-də gecə Beyaz TV-də yayımlanan “İbo şou” verilişindən çıxanda silahlı hücuma məruz qalmış, 11 atəşlə başından ağır yaralanmışdı. (modern.az)

Paylaş: