Ca. Apr 2nd, 2020

YAP-ın deputatlığa namizədləri: işsizlər, məmurlar, həkimlər…

“Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) 123 nəfər üzvünün namizədliyi qeydə alınıb”.

Bu barədə YAP icra katibinin müavini Siyavuş Novruzov məlumat verib. 

Onun sözlərinə görə, partiyanın namizədlərinin siyahısına diqqət yetirsək görərik ki, ümumxalq partiyası olaraq Yeni Azərbaycan Partiyasının namizədləri cəmiyyətin bütün təbəqələrini təmsil edir və onların hamısı ali təhsillidir:

“Hər zaman digər partiyalardan fərqli olaraq YAP öz sıralarında cəmiyyətin öncül ziyalı təbəqəsinin yer almasına xüsusi həssaslıqla yanaşmışdır. Bu şəxslər daim partiyanın rəhbərliyinin diqqət mərkəzində olmuş, həm seçki orqanlarda, həm də idarəetmə aparatının digər qollarında uğurla təmsil olunub. Həmin amil özünü budəfəki namizədlər siyahısında da biruzə vermişdir. Belə ki, YAP namizədlərinin 21 elmlər doktoru, 22 isə elmlər namizədidir.

Namizədlərin müəyyən olunmasında mühüm amillərdən biri də ötən çağırışlarda deputat olmuş şəxslərin fəaliyyətinin dəyərləndirilməsi zamanı ortaya çıxıb. Belə ki, bu dəfə namizədlər siyahısında öz seçiciləri ilə mütəmadi görüşən, onların problemləri ilə maraqlanan və həll edən,komissiyaların və plenar iclasların işində fəal iştirak edən, ölkəmizi xaricdə uğurla təmsil edən deputatlar yer alıb. Onların sayı 45 nəfərdir.

Partiyamız daim yaşlı və gənc nəslin müvafiq olaraq təcrübə və enerjisinin vəhdətinə, başqa sözlə sinerjisinə inanır. Ona görə də təsadüfi deyil ki, namizədlərimizin 18 nəfərini 35 yaşadək gənclər, 30 nəfərini isə 60 yaşdan yuxarı şəxslər təşkil edir.

Ölkəmizdə iqtisadi inkişafa paralel olaraq dövlət bölməsi ilə yanaşı təsərrüfatın özəl sektoru da sürətlə inkişaf edir. Həmin sahədən çıxmış şəxslərin parlamentdə təmsil olunması və bu zümrənin tələb, təklif və qayğılarını qanunverici orqanda dilə gətirməsi günün tələbinə çevrilib. Namizədlərimiz arasında 10 nəfər məhz bu sahəni təmsil edir.

Prezident İlham Əliyevin “neft kapitalını insan kapitalına çevirmək” çağırışı partiyamızın fəaliyyətində mühüm proqram xarakteri daşımaqdadır. Bu baxımdan təhsil və səhiyyə millətimizin sağlam gələcəyinin təmin edilməsi səbəbindən strateji əhəmiyyət daşıyır. Namizədlər siyahımızda 22 nəfər təhsil, 6 nəfər səhiyyə sahəsini təmsil etməklə, əgər seçilərlərsə, bu sferada qəbul olunacaq qanun və qərarların keyfiyyət və effektivliyi baxımından mühüm rol oynayacaqlar.

Bələdiyyələrə adətən “kiçik demokratiya məktəbləri” deyilir. Namizədlərimizdən 6 nəfəri artıq bu mərhələni geridə qoyaraq, siyasi və seçki təcrübəsi əldə edərək partiyamızı qanunverici orqanda təmsil etmək üçün irəli sürülüb”.

O, qeyd edib ki, YAP hər zaman gender bərabərliyi prinsiplərinə əməl edərək hakimiyyətin hər üç qolunda – qanunverici, icraedici və məhkəmə sistemlərində qadınların təmsil onunmasına xüsusi əhəmiyyət verib:

“Bu dəfə də partiyamız ənənəsinə sadiq qalaraq 28 nəfər ictimai-siyasi cəhətdən fəal və öz sahəsində uğur qazanmış qadınlarımıza siyahısında yer verib”.

S.Novruzov 09 fevral 2020-ci il tarixdə keçiriləcək parlament seçkilərində iştirak etmək üçün irəli sürülmüş YAP namizədlərinin sosial tərkibinin statistikasını da təqdim edib:

 

Namizədin sayı:  123 nəfər

Onlardan: Qadın – 28 nəfər

Kişi – 95 nəfər

Yaş qrupları üzrə: 18-35 yaş – 18 nəfər

36-45 yaş – 35 nəfər

46-60 yaş – 40 nəfər

60-dan yuxarı – 30 nəfər

Fəaliyyət sahələri üzrə: Dövlət sektoru – 32 nəfər

Milli Məclisin deputatı – 45 nəfər

Bələdiyyə üzvləri – 6 nəfər

Səhiyyə üzrə – 6 nəfər

Təhsil üzrə – 22 nəfər

Özəl sektor – 10 nəfər

Müvəqqəti işsiz – 2 nəfər

Təhsil üzrə: Ali – 123 nəfər

Elmi dərəcəlilər: Elmlər namizədi – 22 nəfər

Elmlər doktoru – 21 nəfər

YAP rayon (şəhər) təşkilat sədrləri: – 8 nəfər

(modern.az)

Paylaş:

mersin escort bayan mersin escort