08 İyul 2020 14:19

BNA avtobusda unudulmuş pul və zinət əşyalarının sahibinə qaytarılmasını təmin etdi

Bu gün səhər 49 nömrəli avtobus xəttində unudulmuş sənədlər, 1200 azn, 3000 dollar pul və qızıl zinət əşyaları aşkar edilərək sahibinə təhvil verilib. Turkustan.info bildirir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev məlumat verib.

Bu gün səhər 49 nömrəli müntəzəm marşrut xətti üzrə 90 VS 437 DQN-lı avtobusda vətəndaşa məxsus sənədlər, 1200 azn, 3000 dollar pul və qızıl zinət əşyaları aşkar edilib. Avtobus sonuncu dayanacaqda olan zaman sürücü tərəfindən aşkarlanan vəsaitlər xətt üzrə səlahiyyətli şəxsə təhvil verilib. Bir qədər sonra bir nəfər xanım (öz istəyi ilə adı açıqlanmır) müraciət edərək sənəd, pul və qızıl zinət əşyalarını səhər saatlarında avtobusda unutduğunu bildirib. Tapılan sənədlərin, pul vəsaitinin və qızıl zinət əşyalarının xanıma məxsus olduğu təsdiq olunandan sonra ona təhvil verilib. Əşyalarının tapılmasından mənun olan sərnişin buna görə təşəkkürünü bildirib.

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin