Be. Yan 20th, 2020

İsa Qəmbərin rəqibləri

Xəbər verdiyimiz kimi, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri, Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərin 19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınıb.

İsa Qəmbərin əsas rəqibi beşinci çağırış Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Məmmədovdur.

Keçmiş başqanın qeydə alınmış digər rəqibləri isə aşağıdakılardır:

– Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunda aparıcı elmi işçisi, iqtisadçı Mahir Zeynalov,

– Vəkillər Kollegiyasında fərdi vəkil Anar Umudov,

– “Ailə” Taksidə menecer, mühəndis Vəliyəddin Quliyev,

– “AtaBank” Biznesin İnkişafı departamentinin direktoru Oruc İbrahimov,

– Kikboks Federasiyasının vitse-prezidenti, hüquqşünas Güloğlan Cabbarov.

Qeyd edək ki, fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. (modern.az)

Paylaş: