Be. Yan 27th, 2020

Saakaşvili əsəbləşdi – Niyə ermənilər gürcülərdən daha yüksək gəlir əldə etməlidir?

Bir neçə gün əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, 2019-cu ildə Ermənistan ilk dəfə olaraq adambaşına düşən ÜDM-yə görə Gürcüstanı üstələyib.

Turkustan.info xəbər verir ki, Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Nikol Paşinyanın son açıqlamasına münasibət bildirib.

Saakaşvili bildirib ki, adambaşına düşən ÜDM-yə görə Ermənistanın Gürcüstanı qabaqlaması nə mənim prezidentliyimdə, nə də Şevardnadzenin dövründə olmayıb:

“Hətta Ermənistanın böyük hökmdarı Tiqrandan sonra da olmayıb. Bunun üçün heç bir səbəb yoxdur. Nə coğrafi məkanına görə, nə də resurslarına görə Ermənistan Gürcüstandan üstün deyil. Niyə Ermənistan sakinləri gürcülərdən daha yüksək gəlir əldə etməlidir?”.  /Yeniavaz.com/

Paylaş: