Be. Yan 27th, 2020

Trampın iqamətgahı yaxınlığında silahlı İran vətəndaşı saxlanılıb – FOTO

ABŞ prezidenti Donald Trampın Mar-a-Laqoda (Florida ştatı-red) yerləşən iqamətgahının yaxınlığında üzərində soyuq silah və böyük məbləğdə pul olan İran vətəndaşı saxlanılıb.

Bu barədə Palm-Biç şəhərində nəşr edilən “Daily News” qəzeti yazır.

Bildirilir ki, saxlanılan şəxsin üzərinə baxış keçirilən zaman ondan İran vətəndaşı Məsud Zolehin adına pasport, maçete və 22 min dollar götürülüb.

Nəşr iranlının həbs edilib-edilmədiyini dəqiqləşdirməyib.

 /oxu.az/

 

Paylaş: