04 Avqust 2020 05:52

Xameneyi təyyarə qəzası ilə bağlı GÖSTƏRİŞ VERDİ

İranın Ali dini lideri Əli Xameneyi hökumətə səhvən vurulmuş Ukrayna təyyarəsi ilə bağlı araşdırmaların nəticələrini dərc etməklə bağlı göstəriş verib. 

Turkustan.info-nun verdiyi xəbərə görə, bu barədə İranın dövlət televiziyası İRİB məlumat yayıb.

Bildirilib ki, Ali lider ölkənin Hava Hücumundan Müdafiə Qüvvələrinin faciəvi səhvləri barədə məlumatlandırıldıqdan dərhal sonra hadisəni ətraflı öyrənmək üçün milli təhlükəsizlik üzrə ali məclisin toplantısını çağırıb. O, məlumatı dəqiqləşdirdikdən sonra araşdırmanın nəticələrinin doğru və düzgün şəkildə dərc olunması barədə göstəriş verib.

Xatırladaq ki, Ukraynaya məxsus “Boeing 737” təyyarəsi yanvarın 8-də qəzaya uğrayıb. Qəzada 176 nəfər İran, Ukrayna, Kanada, İngiltərə, Almaniya, İsveç və Əfqanıstan vətəndaşı həyatını itirib. İranın prezidenti Həsən Ruhani qəza ilə bağlı təəssüfləndiyini bildirərək başsağlığı verib.  /Apa.az/

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin