C. Yan 24th, 2020

SON DƏQİQƏ: Türkiyə təyyarəsi vuruldu

Qiyamçı Liviya Milli Ordusu Türkiyənin mərmi daşıyan pilotsuz təyyarəsinin vurulduğunu bildirib.

RİA xəbər verir ki, bu barədə ordu marşalı Xəlifə Həftər açıqlama verib:

“Minaatan mərmi daşıyan bir türk pilotsuz təyyarəsi vuruldu. Bu, barışığın pozulmasıdır. O, Abdullah əl-Utayrinin bir dəstəsi tərəfindən vurulub”.

Qeyd edək ki, Türkiyə Liviyanı ələ keçirməyə çalışan Xəlifə Həftərə qarşı mübarizə üçün hərbiçilərini Liviya ordusuna dəstəyə göndərmişdi.

Paylaş: