Ça. Yan 21st, 2020

Jurnalist təşkilatı sosial şəbəkələrin durumunu müzakirə edib

Jurnalist təşkilatı sosial şəbəkələrin durumunu müzakirə edib “Jurnalist Araşdırmaları Mərkəzi ” İctimai Birliyi Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə “Sosial şəbəkə iştirakçıları mənəvi dəyərlərimizin əsas təbliğatçısı kimi : maarifçilik işinin təbliği ” adlı layihə həyata keçirir.

Layihə çərçivəsində Bakının Suraxanı rayonunda və Quba şəhərində gənclərin, jurnalistlərin , QHT fəallarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə “dəyirmi masa”lar təşkil olunub.

Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə Azərbaycanda sağlam mənəvi mühitin hökm sürdüyünü bildirib. Qeyd edib ki, sağlam ənənələr üzərində bərqərar olan dəyərlər sistemimiz xalqımızı ayaqda saxlayan əsas faktorlardan biridir. JAM sədri tədbir iştirakçılarını üzvü olduqları sosial şəbəkələrdə mənəvi dəyərlərimizi təbliğ etməyə səsləyib.”Sosial şəbəkələrin enerji qəbiristanlığına çevrilməsinə imkan vermək olmaz. Bu platformadan xalqımıza xas olan milli-mənəvi dəyərlərin təbliği üçün istifadə etməliyik”- deyə , S.Verdizadə bildirib.

” Türkiyə Universitetləri Məzunları ” İctimai Birliynin sədri Çingiz Bayramov vətəndaş cəmiyyəti institutlarının cəmiyyətin həyatında müsbət rol oynadıqlarını deyib. Ç.Bayramov Azərbaycan xalqı üçün xarakterik olan yaxşı adətləri , müsbət ənənələri qoruyub saxlamağin vacib olduğunu dilə gətirib.

TUMİB sədri Azərbaycan həqiqətlərinin beynəlxalq platformalara çatdırılmasında sosial şəbəkələrin əvəzsiz rol oynadığını vurğulayıb.

Paylaş: