Ça. Yan 21st, 2020

Mehman Hüseynovun deputatlığa namizədliyi qeydə alındı – FOTO

Tanınmış videoblogger Mehman Hüseynovun deputatlığa namizədliyi qeydə alınıb.
Turkustan.info xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) rəsmi saytında qeyd olunub. O, 31 saylı Suraxanı ikinci Seçki Dairəsindən namizədliyini verib. M. Hüseynovun özü də bu barədə sosial şəbəkələrdə məlumat verib.
Qeyd edək ki, M. Hüseynov ötən il 23 dekabrda keçirilən bələdiyyə seçkilərində də 31 saylı Suraxanı ikinci seçki dairəsindən Qaraçuxur bələdiyyəsinə namizədliyini irəli sürmüş ancaq seçilmək üçün ona kifayət edəcək qədər səs çoxluğunu toplaya bilməmişdi. Tanınmış blogger qalib gəldiyini bəyan etsə də, MSK-nın rəsmi nəticələrində onun adı çıxmamışdı.
Sonradan o, bununla bağlı rəsmi etiraz edib və MSK tərəfindən keçirilən iclasda Mehman Hüseynovun şikayətinə baxılıb. İki məntəqədə səsvermənin nəticələrinin ləğv edilsə də, Qaraçuxur bələdiyyəsinə seçkilərin nəticələri dəyişməyib.
/Yeniavaz.com/

Paylaş: