Bz. Mar 29th, 2020

Bekarçılıqdan adam öldürürlər…

Seymur Verdizadə
– Müəllim, bizim uşaq iki ildi işsiz-gücsüz gəzib-dolaşır. Hansı qapını döyürüksə, burnumuzdan vurub geri qaytarırlar…
Biz Mərdan kişiylə eyni qəsəbədə yaşayırıq. Taksi sürücüsü olduğu üçün arabir onun xidmətindən istifadə edirəm. Söz-söhbətdən, dava-dalaşdan uzaq olan abırlı bir insandır. Gözünün ağı-qarası bircə oğlu var. Beş-altı il əvvəl mənə belə demişdi: “Hava soyuq olanda uşağı məktəbə göndərmirəm. Xəstələnməyindən qorxuram…”
O vaxt Mərdan kişiyə etiraz etmişdim. Yanlış tərbiyə üsulu seçdiyini, bu hərəkətin gələcəkdə böyük fəsadlara yol aça biləcəyini onun diqqətinə çatdırmışdım…
Aradan iki il keçəndən sonra oğlunun yaxşı oxumadığını, bu gedişlə heç vaxt ali məktəbə qəbul ola bilməyəcəyini demişdi. Sonra da gözlərini uzaqdakı buludlara ziləyib, dərin fikrə getmişdi…
Həmin gün ona məsləhət görmüşdüm ki, oğlunun sənət öyrənməsinin qeydinə qalsın. Amma razı olmamışdı. Demişdi ki, uşaq fiziki cəhətdən çox zəifdir, heç bir işin qulpundan yapışa bilməz…
O vaxt aramızda belə bir dialoq olmuşdu:
– Oğlun iynəni yerindən qaldıra bilər?
– Əlbəttə. Day bu qədər də əfəl deyil.
– O zaman usta yanına qoy, dərziliyi öyrənsin. Birinin papağını tikər, o birinin şalvarını yamayar. Nə qədər əfəl olsa, gündə beş-on manat qazanar, sənin əlinə baxmaz.
O vaxt Mərdan kişi məni eşitmədi. İndi də iş üçün qapısını döydüyü adamlar onu eşitmir…
Ölkədə baş verən səsli-küylü cinayətlərin sayı getdikcə artır. Ailələr dağılır, uşaqlar ata-anasız qalırlar. Metroda, avtobusda hamı bir-birinə diş qıcıyır. Pis vərdişlərə, xüsusilə narkotikaya aludə olanlar günbəgün çoxalır. Bığ yeri hələ tərləməmiş, üzünə əməlli-başlı ülgüc dəyməmiş uşaqların səsi bu gün məktəbdən, sabah məhbəsdən gəlir…
Vəziyyətin bu cür acınacaqlı şəkil alması müxtəlif səbəblərlə bağlıdır. Əsas səbəb odur ki, biz valideynlər övladlarımıza yaxşı təhsil, düzgün tərbiyə verə bilmirik. Azərbaycanda hər il 120 min uşaq orta məktəbi bitirir. Onların təxminən 55 mini ali və orta ixtisas məktəblərə qəbul olur. Üç-dörd min nəfər də ali təhsil alçaq üçün xaricə üz tutur. Kiçik riyazi hesablamadan sonra bu qənaətə gəldim ki, hər il 60 min gənc taleyin ümidinə buraxılır.
Hər gün ən azı iki saat sosial problemlərin müzakirə olunduğu verilişlərdə iştirak edirəm. Pis vərdişlərə qurşanan, arvadını boşayan, anasını söyən, atasını döyən adamların böyük əksəriyyəti həmin işsiz gənclərdir. Ölkədə iş yerlərinin sayını artırmaq, insanların faydalı əməklə məşğul olmasının qeydinə qalmaq lazımdır. İşləyən, ailəsini öz halal zəhmətiylə dolandıran adam heç vaxt başqasını öldürməz.
Hərbi xidmətdə olanda bizə başımızı qaşımağa imkan vermirdilər. Bir gün bunun səbəbi ilə maraqlananda, komandir belə dedi: “Əsgər boş dayananda ağlına pis fikirlər gəlir”.
Məncə, vətəndaş da boş dayanmamalıdır. Əhməd boş dayananda, Məmmədin başına pis iş gəlir… (moderator.az)

Paylaş:

mersin escort bayan mersin escort