Ça. Yan 21st, 2020

“Coca-Cola”nın yaradıcısının taleyi necə oldu…

Dünyada içkilər arasında “Coca-Cola” brendinin xüsusi yeri var. Mövqeyi o qədər güclüdür ki, nə vaxtsa içilmədiyi adama qəribə gəlir.

Turkustan.info “Coca-Cola”nın yaradıcısından danışacaq. Düzdür, indi əczaçı Con Pembertonu az adam xatırlayır. Amma 135 il əvvəl içki dünyasında çox vacib addım atmışdı.

Con Pemberton
Con Pemberton

Əslində, Pemberton əvvəlcə şəfalı içki yaratmağı düşünürdü. İlk addım da atmışdı. Lakin uğursuzluğa uğramışdı. “Coca-Cola” ideyası isə böyük uğur gətirdi.

Hər şey narkotiklə başlamışdı. Yox, bir az da dəqiqləşdirsək, Conun vətəndaş müharibəsində yaralanmasıyla. Bundan sonra Pemberton narkotikə qurşanmışdı. “Cola”nın ilk reseptinə də narkotik tərkibli maddə vardı. İçki “Pemberton’s French Wine Coca” adlanırdı. Tərkib isə belə idi: soda, kola fındığı, kokain və çaxır. Sonradan kokain çaxırı adlanan içki Fransada çox məşhurlaşacaqdı. Pemberton bunun sayəsində çoxlu pul qazanacaqdı.

Con bir müddət sonra içkinin tərkibini bir az dəyişmək qərarına gəldi. Kokain artıq güclü narkotik maddə sayılırdı. Onu şəkər siropu əvəzlədi.

“Coca-Cola” yeni reseptlə də çox məşhurlaşdı. Amma bu, Pembertona xoşbəxtlik gətirmədi. Con narkotikin əsirinə çevrilmişdi. “Coca-Cola”nın müəllif haqlarını bankir Asa Qriqqs Kendlerə satdı. 1888-ci ilin avqustun 16-da Pemberton həyatla vidalaşdı. Ailəsi yoxsul günündə yaşayırdı. Yeganə oğlu Çarli sonradan içkinin müəllif haqlarını geri qaytarmaq üçün çox çalışsa da, uğur qazanmadı.  /Bizimyol.info/

Paylaş: